Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:32

İranda saxlanan Azərbaycan vətəndaşları azad edildi


AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid
AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid
-
Mayın 19-da AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.
Bu haqda AzadlıqRadiosuna hazırda İranda səfərdə olan Milli Məclisin deputatı Eldar İbrahimov məlumat verib: «Bu gün Xalidə Xalid özü də, sürücüsü azad olunub».
Eldar İbrahimov onların nə vaxt Azərbaycana dönəcəkləri ilə bağlı onda məlumat olmadığını deyib.
Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.
İran Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarının qanunsuz əlaqələr qurmaqda ittiham olunduğunu bildirmişdi.
XS
SM
MD
LG