Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:58

Milli Şura Rüstəm İbrahimbəyovu sədr seçdi


Milli Şuranın ilk təsis toplantısı...
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

Milli Şuranın ilk təsis toplantısı...

-
İyunun 7-də Milli Şuranın təsis toplantısında Ziyalılar Forumun sədri, dramaturq Rüstəm İbrahimbəyov qurumun sədri seçildi. Onun namizədliyini Müsavat Partiyasının sədri İsa Qəmbər irəli sürdü:

«Bu, Rüstəm İbrahimbəyovun beynəlxalq miqyasda apardığı danışıqlarda da ona əlavə imkanlar yaradacaq, mövqeyini daha da gücləndirəcək. Digər məsələlərin də kollegial şəkildə müzakirəsinə, qərarların konsensus əsasında qəbuluna iradəmiz də, zamanımız da var. Bu hakimiyyəti azad, ədalətli seçkidə məğlub edib, xalqın hakimiyyətini bərpa eləmək imkanımız da var».

Təsis konfransı
Təsis konfransı
İki nəfər əleyhinə, 2 nəfər bitərəf qalsa da, konfransa qatılanların böyük əksəriyyəti Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədi.

«MİLLİ ŞURA VAHİD NAMİZƏDİNİ BU GÜN SEÇSİN»

Konfransın gündəliyi müəyyən olunarkən, hüquq müdafiəçisi Leyla Yunus təklif etdi ki, Milli Şuradan prezidentliyə vahid namizədin, konkret olaraq Rüstəm İbrahimbəyovun namizədliyi məsələsinə də baxılsın. O öz təklifini iqtidar partiyasının eyni gündə qurultay keçirməsi və İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə əsaslandırdı:

«Gündəliyə əlavə olunsun və Milli Şura vahid namizədini bu gün seçsin. Bununla bağlı səsvermə keçirilsin. Bu məsələni uzatmayaq».

«SİYASİ PARTİYALARIN DA MÖVQEYİNİ ANLAMAQ LAZIMDIR»

«EL» hərəkatının lideri Eldar Namazov Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyini bildirsə də, bu məsələyə dair siyasi partiyalarla məsləhətləşmələrə ehtiyac duyulduğunu söylədi:
Eldar Namazov
Eldar Namazov
«Bir çox dostumuz bu gün bizim də qərar qəbul etməyimiz, müxalifətin vahid namizədini müəyyənləşdirməyimiz barədə məsələ qaldırmaqda haqlıdır. Əlbəttə, yaxşı olardı. Belə olarsa, Rüstəm müəllimin də ABŞ-da, Avropada apardığı danışıqlarda daha ciddi nəticə əldə etmək mümkündür. Bu məntiqi başa düşürəm. Ancaq siyasi partiyaların da mövqeyini anlamaq lazımdır. Onlar belə ciddi məsələni müzakirələrin ikinci mərhələsində etməyi planlaşdırırlar».

Leyla Yunusun təklifi səsə qoyulsa da, bu təkliflə 13 nəfər razılaşdığından və 2 nəfər bitərəf qalmaqla, əksəriyyət həmin təklifin əleyhinə səs verdiyindən, vahid namizəd məsələsinin müzakirəsi sonraya saxlandı.

Təsis toplantısında Milli Şuranın Əsasnaməsi qəbul olundu. Əsasnaməyə görə, Milli Şuranın ali orqanı 2 həftədə 1 dəfə çağırılan sessiyadır.

«HEÇ KİMİN BİZİM ƏVƏZİMİZDƏN GƏLİB BURADA DEMOKRATİYA QURACAĞINI GÖZLƏMİRİK»

AXCP sədri Əli Kərimli dinc və demokratik seçki keçirilməsini Milli Şuranın öncəliklərindən saydığını bildirdi:

«Dinc, demokratik seçkilərlə indiki avtoritarizmə son qoymaq, Azərbaycanı sülalə hakimiyyətindən xilas etmək – budur bizi birləşdirən məqam. Heç kimin bizim əvəzimizdən gəlib burada demokratiya quracağını gözləmirik.
Əli Kərimli
Əli Kərimli
Amma hər kəsin də bəyan elədiyi dəyərlərə sədaqətli olmağını istəyirik. Neftin, kürünün müqabilində hansısa adamların gəlib bu oğrulara, bu korrupsionerlərə lobbiçilik etməsini istəmirik».

Milli Şuranın təsis toplantısı təşkilatın bəyannaməsinin və nizamnaməsinin qəbulu ilə başa çatdı.

Bəyannamədə deyilir ki, təşkilatın namizədi prezident seçkilərində qalib gələrsə, ikiillik keçid dövründə aşağıdakı addımlar atılacaq:

- Parlament seçkiləri majoritar-proporsional sistem üzrə paritet əsaslarla keçiriləcək;
- Hakimiyyətin desentralizasiyasını (mərkəzsizləşdirilməsini – K.D.) nəzərdə tutan yeni Konstitusiya qəbul olunacaq. Prezidentin səlahiyyətləri məhdudlaşdırılacaq. Qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında real balans təmin olunacaq;
- Hökuməti parlament çoxluğu formalaşdıracaq.

Yeni Konstitusiyanın əsasında (2015-ci il) yeni azad və ədalətli parlament, prezident və bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur.

Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında nizamlanması xarici siyasətin üstün istiqaməti sayılacaq.
XS
SM
MD
LG