Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:23

Human Rights Watch Azərbaycanda siyasi motivli həbslərdən narahatdır


World -- Human Rights Watch logo,undated
World -- Human Rights Watch logo,undated
Human Rights Watch təşkilatı Avropa Komissiyasının prezidenti Jose Manuel Barrosonu iyunun 21-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bu ölkədə insan haqlarının vəziyyəti ilə bağlı məsələ qaldırmağa çağırıb.

Təşkilat Barrosonun Azərbaycan hakimiyyətini siyasi motivlərlə həbsdə olan şəxsləri azad etməyə , böhtana görə cinayət məsuliyyətini ləğv etməyə və insan haqları sahəsində üzərinə götürdüyü öhtəliklərə əməl etməyə çağırmasını istəyir.

Ötən həftə Avropa Parlamenti də eyni tələblə qətnamə qəbul edib, həbsdə olan müxalifət liderlərindən biri İlqar Məmmədovu təcili azad etməyə çağırıb.

İlqar Məmmədov İsmayıllı hadisələrinə görə həbs edilib.O ictimai asaişi pozmaq, çamaatı iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunur
XS
SM
MD
LG