Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:35

Seçki reklamı: 1 kv.sm - 20 qəpikdən 50 manatadək...


Foto: Arxiv
Foto: Arxiv
-
Prezident seçkisində namizədlər ödənişli təşviqatdan da yararlanacaq. İctimai TV, «Azərbaycan», «Xalq qəzeti», «Respublika» və «Bakinski raboçi» qəzetləri ödənişsiz efir vaxtı və dərcə yer ayıracaq. Həm bu, həm də digər kütləvi informasiya vasitələri namizədləri ödənişli reklam edə bilərlər. Media qurumları ödənişli təşviqatla bağlı məlumatları sentyabrın 2-dək dərc etməlidir.

İTV VƏ LİDER TV

MSK-nın sözçüsü Azər Sarıyev AzadlıqRadiosuna deyir ki, avqustun 28-də İTV və Lider TV ödənişli təşviqat üçün müraciət edib. ANS televiziyasından avqustun 27-də Mediaforum saytına bildirilib ki, bu barədə qərar verilməyib. «Space» televiziyası isə prezident seçkisinin ödənişli təşviqat kampaniyasında iştirak etməyəcəyini vurğulayıb.

«VisionTV» internet televiziyasında 30 dəqiqəlik veriliş 100 manat, 1 dəqiqəlik tanıtım rolikinin qiyməti 30 manatdır.

apa informasiya agentliyində bannerin qiyməti 2000 manatdan 5000 manatadək dəyişir. Bir press-relizin qiyməti 400, bir müsahibənin qiyməti 600 manatdır.

1 KV SM - 5-10, 50 MANAT

«Azərbaycan» qəzetində reklamın 1 kv.sm-nin qiyməti 5, «İki sahil» qəzetində 10 AZN-dir. Qəzetin internet saytında bir aylıq bannerin qiyməti 12000 manatdan 20000 manatadək dəyişir. Qəzetdən bildirirlər ki, qiymət seçkiyə görə müəyyənləşdirilib.

«Səs» informasiya agentliyində banner 10000, bir dəfəyə məlumat yerləşdirmək 5000 AZN-dir. «Səs» qəzetində birinci və sonuncu səhifələrdə bir kv.sm-in qiyməti 50 AZN, orta səhifələrdə 40 AZN-dir.

Qəzetin baş redaktoru Bəhruz Quliyev deyir ki, qəzetə reklam üçün müraciət edənlərin sayı çoxdur. Hər hansı güzəştə gəlincə, o, namizədin hər gün təbliğat aparacağı, yaxud, bir deyil, iki ya üç səhifə götürəcəyi halda, bir az güzəştə gedilə biləcəyini deyir.
Bəhruz Quliyev
Bəhruz Quliyev
Qəzetin birinci səhifəsində reklam 20-25 min manat edir:

«Prezidentliyə namizəd kimi təbliğatını qurursa, buna pul xərcləyib reklam etməlidir. Bu da normal qəbul olunan bir şeydir. Biz qiymətimizi vermişik, gizlin, ya oğurluq deyil».

20 QƏPİK VƏ 1 MANATA REKLAM

«Bizim yol» qəzetinin 1-ci səhifəsində 1 kv.sm-in qiyməti 50 qəpik, 16-cı səhifədə 40, iç səhifələrdə 20-30 qəpikdir.

«Yeni Müsavat» qəzetinin baş direktoru Ələsgər Süleymanov deyir ki, çap variantından 1 kv.sm-in qiyməti 1 manat, yəni bir səhifəlik reklam 1000 manatdır. Elektron versiyalarda isə 10000 işarəlik, iki foto ilə birlikdə bir materialın qiyməti 500 manatdır. O, reklamın seçki kampaniyasının gedişindən asılı olduğunu bildirir. Belə ki, kampaniya maraqlı keçəndə, reklam verən də çox olur:

«Əslində qiymətləri seçkiyə görə müəyyənləşdirməmişik. Elə normal reklam qiymətlərimizə uyğun təqdim etmişik. Əslində, seçki ərəfəsində yüksək qiymətlər olmalıdır ki, qəzetlər bundan yararlana bilsin. Biz isə normal qiymətlər vermişik».

ƏNƏNƏVİ OXUCULARA STAVKA

«Azadlıq» qəzetinin redaktoru Sücəddin Şərifovsa bildirir ki, qəzet MSK-ya ödənişli reklam üçün müraciət etməyib və belə bir niyyəti də yoxdur:
Foto: Arxiv
Foto: Arxiv

«Qanunvericilik bərabər şərait yaratmağı tələb edir. «Azadlıq»ın bəlli oxucu kontingenti var ki, onların da gözləntiləri tamam fərqli olur. Əvvəlki illərin təcrübəsində çıxış edib qərara gəlmişik ki, müraciət etməyək. Çünki bu, qəzetə ötəri reklam pullarının daxil olmasına səbəb olsa da, sonradan xeyli oxucu itkisinə gətirir. Yəni, oxucularımız xoşlamadığı liderlərin reklamını qəbul etmir. Biz sabit oxucularımıza stavka etmişik».

Sosial mediada ödənişli təbliğat-təşviqata gəlincə, MSK-dan bildirilib ki, bu sahə hər hansı hüquqi normativ aktla tənzimlənmədiyindən praktiki olaraq sosial şəbəkələrə nəzarəti həyata keçirmək də mümkün deyil. Belə faktlarla üzləşdiyi təqdirdə atılacaq addımları tənzimləyən müvafiq hüquqi qaydalar da yoxdur.

ATƏT 2010-cu il parlament seçkilərinə dair hesabatında MSK və MTRŞ-ya belə bir tövsiyə verirdi: seçki kampaniyası zamanı İTV və digər media quruluşlarında namizədlərlə bağlı bərabər xəbərləməyə necə əməl olunduğuna nəzarət etsinlər. Hesabatda deyilirdi ki, hakimiyyət bütün namizədlər üçün bərabər imkanlar yaratmağa cəhdlər edib, ancaq elektron mediada hakimiyyətdə olan prezidentə daha çox yer ayırıb.

Hələlik MSK yalnız İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. Daha 16 nəfərin namizədliyi isə təsdiqlənib.
XS
SM
MD
LG