Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:47

ATƏT DTİHB Azərbaycandakı missiyanın proqramını və tərkibini açıqlayıb


ATƏT DTİHB-nin loqosu
ATƏT DTİHB-nin loqosu
-

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda prezident seçkilərinin monitorinq proqramını və müşahidə missiyasının tərkibini açıqlayıb.

Qurumun rəsmi saytının məlumatına görə, italiyalı Tana de Zulueta-nın rəhbərlik etdiyi, 13 beynəlxalq ekspertdən ibarət uzunmüddətli missiyanın mənzil-qərargahı Bakıda yerləşəcək, 30 müşahidəçi isə regionlara göndəriləcək.

ATƏT DTİHB-in qısa müddətli missiyasının tərkibinə 280 müşahidəçi daxil olacaq.

Uzunmüddətli müşahidəçilərin sentyabrın 9-da, qısamüddətli müşahidəçilərin isə oktyabrın 5-də Bakıya gələcəyi gözlənilir. Uzunmüddətli müşahidəçilərin ölkə üzrə bölüşdürülməsi sentyabrın 11-nə, qısamüddətli müşahidəçilərin ölkə üzrə bölüşdürülməsi isə oktyabrın 7-nə planlaşdırılıb.

ATƏT DTİHB-in missiyası seçkilərdən bir gün sonra, oktyabrın 10-da mətbuat konfransı keçirərək ilkin müşahidələrinin nəticələrini açıqlayacaq. Qısamüddətli missiya Azərbaycanı oktyabrın 11-də, uzunmüddətli missiya isə oktyabrın 15-də tərk edəcək.

ATƏT DTİHB 1995-ci ildən Azərbaycanda 8 seçkini, o cümlədən 2008-ci il prezident seçkilərini müşahidə edib.
XS
SM
MD
LG