Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:59

H. Kərimov: «İmza vərəqlərini MSK-ya vaxtında təhvil verəcəyik»


Həsən Kərimov
Həsən Kərimov
-
Müxalifətin vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyası 2 gündür davam edir. Mingəçevir, Yevlaxda kampaniya artıq başa çatıb. Saatlı, Sabirabad, İmişli, Səbayel rayonlarında kampaniyanın bu gün başa çatacağı gözlənir. AXCP-nin bəzi rayon şöbələri, o cümlədən Zəngilan şöbəsi də imza vərəqlərini dolduraraq, qərargaha təhvil verib.
«AXCP 10 MİN İMZA TOPLAYIB»
Məlumatı AzadlıqRadiosuna Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov verib:
«Dairə üzrə verdiyimiz imza vərəqlərinin 40 faizdən çoxu artıq toplanıb. Sentyabrın 4-5-dək imza vərəqlərinin hamısı toplanıb Bakıya qaytarılacaq. AXCP-nin payına düşən 21 min imzadan 10 minə yaxını artıq toplanıb».
Avqustun 31-də MSK sədri Məzahir Pənahov prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunmuş şəxsləri tələsməyə çağırıb. O, indiyə qədər yalnız İlham Əliyev və İqbal Ağazadənin imzatoplama kampaniyasını başa çatdırdığını bildirib.
Sentyabrın 9-da imza vərəqələrinin təhvil verilməsi üçün qoyulan müddət başa çatır. MSK sədri deyib ki, həmin gündən sonra təqdim olunan imza vərəqləri qəbul olunmayacaq.
«NARAHATLIĞA ƏSAS YOXDUR»
Həsən Kərimov isə AzadlıqRadiosuna bildirib ki, kampaniya qanunvericiliyə uyğun aparılır və tələskənliyə yol vermək fikirləri yoxdur. «İmza vərəqlərimizi vaxtında MSK-ya təqdim edəcəyik. Heç bir narahatlığa əsas yoxdur». O, imza verməkdən imtina hallarında da rast gəlinmədiyini deyir.
Milli Şuranın namizədi Cəmil Həsənli üçün imza vərəqələri avqustun 30-da MSK-dan götürülüb. 900 vərəqdən ibarət 45 min imza Milli Şurada təmsil olunan təşkilatlar arasında bölünüb. İmzalardan 21 minini AXCP, 21 minini Müsavat, qalanlarını Milli Şurada təmsil olunan siyasi, ictimai təşkilatlar, fəallar toplayacaq.
Müxalifətin seçki kampaniyasının təşkili üçün vəsait toplamaq məqsədilə Beynəlxalq Bankda Cəmil Həsənli üçün hesab da açılıb
Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçiriləcək. MSK artıq 20 nəfərin prezidentliyə namizədliyini irəli sürməsini təsdiqləyib. Hələlik yalnız İlham Əliyevin namizədliyi qeydə alınıb.
XS
SM
MD
LG