Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:22

Şəki sakini siyasi sığınacaq istəyir


Şəki sakini Əlövsət Ağayev
Şəki sakini Əlövsət Ağayev
-
Şəki sakini Əlövsət Ağayev 40 il öncə hərbi xidmət zamanı xəsarət aldığından ordudan tərxis edilib. 2-ci qrup əlilin vaxtaşırı müalicəyə ehtiyacı olub. Amma son dövr baş verən bir hadisə Əlövsət Ağayevi tabdab çıxarıb. Tibb işçiləri ondan «şirinlik» istəyiblər:
«Şəki xəstəxanasının baş həkimi ilə Bilgəhdə sanatoriyada görüşəndə, ona məni müalicə etmədiklərini söylədim. İnfark xəstəsiyəm deyə Bilgəh sanatoriyasina göndəriblər. Niyə buraya göndərildiyimə həkimlər təəccüblənirlər. Deyirlər ki, bizim sanatoriyada belə bir xəstənin müalicəsinə imkan yoxdur. Baş həkim mənə dedi ki,bəyənmirsənsə, get başqa yerdə müalicə elətdir. Kəsə demək istəyir ki, pulu olmayanı biz müalicə eləmirik. Açığı, belə görünür də. Mən rüşvət verən deyiləm deyə, tarix boyu heç yerdə rüşvət verməmişəm deyə, üstəlik, tanıdıqları üçün mənə heç yerdə yaxın durmurlar».
PREZİDENTƏ SON MƏKTUB
Son 2 ildə Əlövsət Ağayevin yazmadığı yer, döymədiyi qapı qalmayıb. Dediyinə görə, prezidentə, Səhiyyə Nazirliyinə dəfələrlə məktub ünvanlayıb, ancaq sonda məktub dönüb-dolaşıb yenə Şəki rayon mərkəzi xəstəxanasına gəlib. Şikayət məktublarının faydasını görməyən əlil çarəsiz qaldığını, bu il iyulun 29-da Şəki rayon prokurorluğuna üz tutmağa məcbur qaldığını söyləyir. Prokurorluq müraciəti haqsız sayır. Əlövsət Ağayev prokrorluğun qərəzli davrandığın iddia edir və yenidən prezidentdə məktub ünvanlıyır:
Əlövsət Ağayev
Əlövsət Ağayev
«Həmin məktubda ölkə vətəndaşlığından çıxarılmağımı xahiş etmişəm. Prezidentə onu da yazmışam ki, bəlkə xarici ölkələrin birində özümə siyasi sığınacaq tapıb, normal müalicə ala bilərəm».
BAŞ HƏKİM ŞİKAYƏTİ ƏSASSIZ SAYIR
Şəki rayon prokurorluğu AzadlıqRadiosunun məsələyə aydınlıq gətirmək cəhdlərini cavabsız buraxıb. Vəd versələr, vaxt ayırsalar da, son məqamda cavabdan imtina edilib.
AzadlıqRadiosunun müxbiri ilə telefon söhbətində Şəki rayon xəstəxanasının baş həkimi Məcid Əliyev şikayətin əsassız olduğunu və ona xəstəxanada normal tibbi müayinə və müalicə göstərildiyini bildirib. Baş həkim vətəndaşın şikayət etməsinin onun haqqı olduğunu və bunu normal qarşıladığını da söyləyib, amma özlərinin həkim borclarını yerinə yetirdiklərini vurğulayıb.
«BİR ŞƏRTLƏ VƏTƏNDAŞLIQDAN ÇIXMARAM»
Əlövsət Ağayevin özünə gəlincə, yalnız bir şərtlə ölkə vətəndaşlığında qalacağını deyir:
«Konstitusion hüquqlarım qorunsun, müalicə hüququm gerçəkləşdirilsin».
XS
SM
MD
LG