Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:48

Erdoğan milli və dini azlıqlara geniş azadlıqlar vəd edən islahatlar paketini açıqladı


Baş nazir Recep Tayyib Erdogan Ankarada "Demokratikləşmə Paketi"ni təqdim edərkən. 30 sentyabr 2013
Baş nazir Recep Tayyib Erdogan Ankarada "Demokratikləşmə Paketi"ni təqdim edərkən. 30 sentyabr 2013
.

İSLAHAT PAKETİNƏ REAKSİYALAR MƏQALƏNİN AŞAĞISINDA


Türkiyədə dövlət idarələrində baş örtüsünə qadağanın aradan qaldlrılması, milli azlıqların parlament təmsilçinin yüngülləşdirilməsi, özəl məktəblərdə başqa dillərdə təhsilə icazə verilməsi kimi islahatlar nəzərdə tutulur.

DEMOKRATİKIƏŞMƏ PAKETİNİN İÇİNDƏKİLƏR
Çoxdan gözlənən və “Demokratikləşmə Paketi” adlanan islahatlar paketinin məğzini sentyabrın 30-da Ankarada keçiridyi mətbuat konfransında Baş nazir Recep Tayyib Erdogan jurnalistlərə açıqlayıb. Nəzərdə tutulan islahatların əsas məqamları aşağıdakılardır:

- Ölkədə qeyri-dövlət məktəblərində tədrisin türk dilindən başqa digər dillərdə də aparılmasına imkan verilir.

- Siyasi partiyaların parlamentdə mandat almaları üçün müəyyən edilmiş minimum 10 faiz səs almaq məhdudiyyətinin bir qədər yumşaldılması, yaxud, ümumiyyətlə bu məhdudiyyət aradan qaldırlır.

- Yaşayış məskənlərinin kürd dilində adlandırılmasına qoyulan qadağa da aradan qaldırılır.

- Dövlət idarələrində qadınların islamın baş örtüsündən istifadə etməsinə qoyulan qadağa yalnız məhkəmələr və hərbi təşkilatlar istisna olmaqla qalan bütün dövlət qurumlarında aradan qaldırılır.

- Siyasi partiyalara dövlət yardımının əhatə dairəsi genişləndirilir.

- Siyasi partiyalara üzv olmağa məhdudiyyətlərin çoxu aradan qaldırılır, səs vermək hüququ olan hər kəsin siyasi partiyalara da üzv olmaq hüququ təmin edilir.

- Türk dilindən savayı başqa dillərdə də seçki təbliğatı aparılmasına imkan yaradılır.

- Nifrət, ayıcılıq, yaşam tərzxinə müdaxilə kimi cinayətlərə görə cəza sərtləşdirilir.

“Demokratikləşmə Paketi”ndə milli azlıqlara daha geniş haqlar verilməsi, siyasi azadlıqların genişləndirilməsinə dair başqa maddələr də var.

Burada nəzərdə tutulan islahatların bir qismi qanunlarda dəyişiklik olunmasını, bir qismi hökumətin qərarlarının qəbul edilməsini, bəziləri isə inzibati idarəetmə orqanlarının təlimatlarında düzəlişləri tələb edir.

Hökumət yaxın müddətdə bu paketdə qeyd edilən islahatların icrasına başlayacağını vəd edir.

PKK TERRORUNA SON QOYULACAQMI?

Baş nazir Erdogan qeyd edib ki, bu paketdə qeyd olunanlar ölkənin bütün problemlərinin həllini əhatə etməsə də Türkiyənin on illərdir üzləşdiyi bəzi problemləri aradan qaldıra biləcək.

Bu islahatlar Türkiyədə xüsusilə kürd milli azlığı ilə on illərdir davam edən münaqişənin aradan qaldırılmasında əsas həlledici işlər hesab edilir. 20 ilə yaxındır davam edən bu münaqişə nəticəsində 40 000-dən çox adam həlak olub. Kürdlər təxminən 74 milyonluq Türkiyə əhalisinin 20 faizini təşkil etdiklərini iddia edirlər.

Bundan əvvəl dünyanın əksər ölkələrində terrorçu təşkilat kimi tanınmış PKK terror təşkilatı ilə əldə edilən razılaşmaya görə bu təşkilat yaraqlılarını türkiyə ərazisindən çəkməyə başlayıblar. Amma ötən ay həmin təşkilat Türkiyə hökumətini verdiyi vədləri yerinə yetirməməkdə ittiham edərək çəkilməni dayandırdığını elan edib. İndiyə qədər onların bu bəyanatlarına Erdogan hökumətindən hər hansı reaksiya yox idi.

Bu islahatlar həmçinin qarşıdakı 2 ildə gözlənən bələdiyyə, parlament və prezident seçkilərində Erdoganın siyasi gələcəyi üçün həlledici addımlar hesab edilir.

Bu xəbər hazırlandığı zaman artıq bəzi nüfuzlu beynəlxalq agentliklər Erdoğan-ın açıqlamalarına qısa şərhlər verib.

Reuters: «Baş nazir Erdoğan açıqladığı islahatların özəl məktəblərdə türkcədən başqa dillərdə təhsilə yaşıl işıq yandıracağını söylədi. Erdoğan ayrıca ümummilli seçkilərdə seçim səddinin yüzdə 5-ə salına, hətta tam aradan qaldırıla biləcəyini diqqətə yetirdi».

Associated Press: «Baş nazir Erdoğan kürd diliylə bağlı bəzi məhdudiyyətləri və islami baş örtüyü yasağını aradan qaldıran bir qanun təklifi paketini açıqladı. Açıqlanan islahatlar önümüzdəki 2 il içində həm parlament, həm də prezidentlik seçkiləriylə qarşılaşacaq Erdoğan-dan hansı siyasi gözləntilərin olması baxımından önəmli görünürdü. Paketin ictimaiyyətə açıqlanacağı tarix daha öncə bir neçə dəfə ertələnmişdi».

REAKSİYALAR

Ərdoğanın islahat paketinə ilk reaksiyalardan biri parlamentdəki kürd partiyasının – Barış və Demokratiya Partiyasından (BDP) gəlib. BDP-dən olan millət vəkili Hasip Kaplan deyib ki, “paket qaneedici deyil”.

Kaplan Türkiyənin “Hürriyet” qəzetinə verdiyi açıqlamada bildirib ki, paket öz fikrini ifadə etdiyi, mitinqlərə çıxdığı üçün terrorizmlə mübarizə adı altında həbsxanaya salınan minlərlə insana kömək etməyəcək: “Baş nazir Ərdoğan “fikirlər söylənsin” deyir, amma həyata keçmir”.

Kaplan paketin ana dili məsələsində də qaneedici olmadığını dilə gətirib: "Ana dilinizi özəl məktəbdə öyrənin demək xalqı qane edə bilməz. Baş nazirin özü ana dilini öz puluyla özəl məktəbdə öyrənibmi?”

BDP paket açıqlanandan sonra fövqəladə toplantısını keçirib. Partiyanın həmsədri Gültan Kışanak isə "Bu paketin problem həll etmə gücü yoxdur" söyləyib.
XS
SM
MD
LG