Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36

Monitorinqçilərə 3 ittiham


Bəşir Süleymanlı
Bəşir Süleymanlı
-
Oktyabrın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin əməkdaşları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində (SMDTM) axtarış aparıblar. Axtarış 5 saatdan çox çəkib.

Mərkəzin rəhbəri Anar Məmmədlinin sözlərinə görə, axtarışçılar onlara cinayət işi qaldırıldığını, yoxlamanı da buna görə apardıqlarını deyiblər. Mərkəzdəki maliyyə sənədləri, 20 qovluqda olan başqa sənədlər və iki kompüter prosessoru da aparılıb.

Yoxlama barədə Nəsimi rayon Məhkəməsinin qərarı olub.

«SEÇKİ HESABATIMIZLA BAĞLIDIR»

Ertəsi gün – noyabrın 1-də mərkəzin icraçı direktoru Bəşir Süleymanlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb. O, daha öncə AzadlıqRadiosuna belə deyib:

«İlkin dedikləri odur ki, vergi pozuntuları var. Araşdırmalar da bununla bağlıdır. Qoyduqları maddə ağırdır – külli miqdarda vergidən yayınma. Biz fikirləşirik ki, bu, həyata keçirdiyimiz proqramlar və seçki hesabatımızla bağlıdır. Seçkidən bir müddət sonra bu məsələlərin araşdırma predmetinə çevrilməsi təsadüfi deyil».

Baş Prokurorluq
Baş Prokurorluq
BAŞ PROKURORLUQ: ARAŞDIRMA APARILIR

Baş Prokurorluq olay barədə qısa açıqlamanı yetərli sayıb. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mərkəzdə yol verilmiş qanun pozuntularının araşdırıldığını deyir:

«Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində müvafiq araşdırmalara başlanılıb. Yoxlamaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin olunacaq».

Prokurorluq araşdırmanın təfərrüatını açıqlamayıb.

«KÜLLİ MİQDARDA VERGİDƏN YAYINMA, VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNDƏN SUİ-İSTİFADƏ...»

Baş Prokurorluqda ifadə verən Bəşir Süleymanlı istintaqa şahid sifətilə çağırıldığını bildirib:

«İrəli sürülən ittihamlar üzrə şahid kimi dindirilirik. Üç maddədir – külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, bir də qanunsuz sahibkarlıq fəaliyyəti.
SMDTM seçki sistemi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı yönündə çalışan qeyri-hökumət təşkilatıdır.
SMDTM seçki sistemi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı yönündə çalışan qeyri-hökumət təşkilatıdır.
Bu maddələr, sadəcə, ittiham üzrə açılıb. Araşdırmanın nəticəsi olaraq konkret qərar qəbul ediləcək. Prosesin gedişində müvafiq addımlar atılacaq... İlkin bir şey demək çətindir. Yəqin yaxın günlərdə – ibtidai istintaq başa çatandan sonra iş ya məhkəməyə göndəriləcək, ya da əlavə araşdırma aparılacaq. O zaman məsələ ortaya çıxacaq».

«TƏKCƏ MALİYYƏ FƏALİYYƏTİ İLƏ BAĞLI MƏSƏLƏ DEYİL»

Seçki eksperti, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, seçkilərlə məşğul olan müstəqil qeyri-hökumət təşkilatlarının problemləri əvvəllər də az olmayıb. Onun sözlərinə görə, birbaşa və ya dolayı yollarla bank hesablarının yoxlanması, vergi yoxlamaları indiyədək də olub və adi qarşılanıb. Ancaq indiki yoxlama müəmmalıdır:
Hafiz Həsənov
Hafiz Həsənov

«Bunun səbəbini anlayırdıq. Fəaliyyətimizin qanun çərçivəsində olmasına, bənzər hallara bəhanə verməməyə həmişə çalışmışıq. Əvvəllər də başqa QHT-lərə basqılar olub. Sadəcə, məsələnin bu cür qoyuluşu bizi bir qədər təəccübləndirir. Baş verən qanun pozuntuları nədir? Belə başa düşülür ki, son layihələrlə bağlı təşkilatın maliyyə fəaliyyəti yoxlanılır. Ancaq kompüterlərin götürülməsi və 20 qovluq sənədin aparılması onu göstərir ki, bu, təkcə maliyyə fəaliyyəti ilə bağlı məsələ deyil, Seçki Monitorinq Mərkəzinə seçkilərə dair rəyinə görə münasibətdir».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 9 oktyabr prezident seçkisindən sonra seçkinin beynəlxalq standartlara uyğun olmadığı, kütləvi qanun pozuntularına yol verildiyi haqda hesabatla çıxış etmişdi.

SMDTM seçki sistemi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı yönündə çalışan qeyri-hökumət təşkilatıdır.

Qurum əvvəllər Seçkilərin Monitorinq Mərkəzi kimi fəaliyyət göstərib.
XS
SM
MD
LG