Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:28

«Ədəbiyyat» dərsliyindən: «Köç» hekayəsindəki Kərim babadan nə iyi gəlir?


Arxiv foto
Arxiv foto
-

6-cı sinif şagirdi belə bir suala cavab tapmalıdır: “Abdulla Şaiqin “Köç” hekayəsindəki Kərim babadan hansı qoxu gəlir?”


TQDK-nın mənfi rəy verdiyi 5-ci sinif dərsliyinin yenidən proqrama salınmasıyla bağlı Təhsil Nazirliyi (TN) AzadlıqRadiosunun sorğusunu cavablandırıb. TN bildirir ki, dərsliklər 4 illik istifadə üçündür və gələcək nəşrlərdə rəylər nəzərə alınacaq.

6-cı sinif dərsliyi ilə bağlı müzakirələrin durumuna gəlincə, nazirlik bildirir:

“Monitorinqin nəticələri TQDK-da müzakirə edildikdə Təhsil Nazirliyinə bu barədə məlumat verilir. Hələlik bununla bağlı yeni məlumat yoxdur”.

“5 və 6-cı sinif dərsliklərinin müəllifinin Təhsil Nazirliyinin əməkdaşı Afət Süleymanova olması həmin dərsliklərin qüvvədə qalmasına nə dərəcədə təsir göstərib?” sualını isə TN belə cavablandırıb:

“Afət Süleymanova Təhsil Nazirliyinin sıravi əməkdaşı və həmin dərsliklərin müəlliflərindən biridir. Bu isə dərsliklərin qüvvədə qalmasına təsir etmir”.

***

6-cı sinif şagirdi belə bir suala cavab tapmalıdır: “Abdulla Şaiqin “Köç” hekayəsindəki Kərim babadan hansı qoxu gəlir?”
Bəzi orta məktəb müəllimləri summativ qiymətləndirmə zamanı sual qoymaqda çətinlik çəkdiklərini deyirlər (summativ qiymətləndirmə deyərkən, şagirdin bilik və vərdişlərinin, uğurunun yekun dəyərləndirilməsi nəzərdə tutulur). Axı dərslikdə onlardan obrazın “iyi, qoxusu” ilə bağlı suallar tərtib etmək istənilir.
“SABUN İYİMİ GƏLİR?”
Adının çəkilməsini istəməyən orta məktəb müəllimi:
“Sual qoysan ki “Kərim babadan hansı qoxu gəlir?” – gərək cavablar da belə ola – tər qoxusu; ətirli sabun qoxusu; peyin qoxusu; qoyun qoxusu. Axı şagird obrazın qoxusunu, peşəsindən, məşğuliyyətindən irəli gələn qoxunu təyin etməlidir. “Sabun” sözü yazılıb ha. Sabun iyimi gəlir? Danışanda obrazın səsi nəyin səsinə bənzəyir? Boyu, çəkisi necədir? Görüşüb əl verdiyi adamın əli istidirmi, soyuqdurmu? Müəllimlər də çaş-baş qalıblar, işləyə bilmirlər”.
Mütəxəssislər ədəbiyyatşünaslıqda olmayan bir bölgünün – təsvir və nəqletmə anlayışlarının bu dərslikdə ön plana çəkildiyini deyirlər. 6-cı sinif şagirdindən istənilir ki, bədii əsərdən bədii təsvir vasitələrini və faktları seçsin.
Bakının orta məktəblərindən birində dərs deyən, adının çəkilməsini istəməyən ədəbiyyat müəlliməsi:
XARAKTER QRAFİKLƏRİ
Məsələn, vətənpərvərlik mövzusunda mətn verilib. Qabaqlar onu təhlil edir, uşaqlara vətənpərvərlik aşılayırdıq. İndi isə deyir ki, mətndən əlaqələri seç. Nəzəri cəhətdən çox yüklənib dərslik...
“Məsələn, vətənpərvərlik mövzusunda mətn verilib. Qabaqlar onu təhlil edir, uşaqlara vətənpərvərlik aşılayırdıq. İndi isə deyir ki, mətndən əlaqələri seç. Nəzəri cəhətdən çox yüklənib dərslik. Aşağı siniflərdə buna çox yer vermək lazım deyil. Əsas şagirdlərin yaxşı danışmağıdır, nitqinin inkişafı, ifadəli oxudur. Bunun əvəzində uşağı çoxlu qrafik və cədvəllə yükləyirlər. Məsələn, insanların xarakterini müəyyənləşdirmək üçün qrafiklər qurulub. İnsan şəkli çək, arxasında onun davranışı, müsbət və mənfi xüsusiyyətlərini göstər. Yaxud əsərin ideyasını açmaq üçün də qrafik və cədvəllər qururlar”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Fəxrəddin Yusifov ötən il 5-ci sinfin ədəbiyyat dərsliyinin müzakirəsinə ekspert kimi qatılıb. O, 5-ci və 6-cı sinif “Ədəbiyyat” dərsliklərinin standartlara uyğun gəlmədiyini bildirir:
“Yazılıb ki, bədii əsərdə təsvir, nəqletmə, insanın zahiri görkəminin, daxili aləminin təsviri, təbiətdə filan fenomenin təsvir məsələləri. Bu məsələlər kurrikulumun qoyduğu tələblərə uyğun gəlmir, axı. Məzmun, ideya məsələləri qalır qıraqda, struktur, funksional məsələlər ortaya çıxarılır. Bunların standartlarla qətiyyən bağlılığı yoxdur”.
HƏLƏ 4 İL DƏRSLİK QALACAQ
Hər iki dərsliyin müəllifləri arasında Təhsil Nazirliyinin işçisi Afət Süleymanovanın adı var. 5-ci sinif dərsliyinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) da mənfi rəy verib. Ekspertlər müəllifin 6-cı sinif dərsliyində də eyni metodikanı saxladığını deyirlər. 6-cı sinif dərsliyi isə fevralda müzakirəyə çıxarılacaq.
Necə olur ki, TQDK-nın dərsliyə verdiyi mənfi rəy nəzərə alınmır?
Təhsil Nazirliyi bu və bənzər suallarla bağlı AzadlıqRadiosunun sorğusunu cavablandıracağını vəd edib. Ancaq 5-ci sinif dərsliyinin dəyişdirilməməsi dərsliklərin 4 ildən bir çap olunması ilə izah olunur.
TQDK-nın həmin rəyində müəllifləri Soltan Hüseynoğlu, Bilal Həsənli və Əminə Səfərova olan “Ədəbiyyat 5” dərsliyinin orta məktəblərdə istifadəsi məqsədəuyğun hesab edilib. Afət Suleymanova, Təranə Bağırova və İlhamə Muradovanın dərsliyi isə məqsədəuyğun sayılmayıb. TQDK qərar verib: Dərslik yenidən hazırlanmalıdır.
XS
SM
MD
LG