Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:12

Qar yağdı, problemlər də yağdı [Video]


Bakıya ilk qar yağdı
Gözlə
Embed

No media source currently available

0:00 0:01:35 0:00
-
– Suyun içindəyəm, neynəyəsən, necə keçəsən? Nə var-nə var, bir az sulu qar yağıb. Allah sizi utandırsın!..

– Bu nədir, keçmək olmur! Kanalizasiya olsa, ya da yaxşı işləsə belə olmaz...

– Nə deyəsən, bax budur bizim o gecə-gündüz danışdıqları inkişafımız!..

Bugünkü sulu qar (dekabrın 12-də – red.) Xətai metrosunun önündə əməlli-başlı çay yaratmışdı. Əriyən qardan yaranan bu «çay» gedib-gələnlərin önünü kəsirdi. Qocalar karıxıb qalır, orta yaşlılar deyinir, gənclər çayı adlamaqdan ötrü taxta parçaları axtarırdı. Onlar «körpü» salmaq istəyir, amma uyğun bir şey tapmırdılar... Karıxan da, deyinən də, ani çıxış yolu axtaran da sonunda əlacsız qalıb «çayın» içinə girirdi...
Paytaxt Bakının yuxarı məhəllələrində də yaranan bənzər «çaylar» və «göllər» sürətlə üzüaşağı axır, təbiətin bu dadlı olayına – qar yağışına sevinməyə macal vermirdi.
Bakı - 12 dekabr 2013
Bakı - 12 dekabr 2013

İŞIQ PROBLEMİ...

Axır ki, qış özünü göstərdi. Üstəlik, üzünü də göstərdi, yalnız arxlar, navalçalar, bütövlükdə kanalizasiya deyil, işıq-qaz problemini də göz önünə sərdi...
Yasamal sakini Əsmər Kərimova deyir ki, yaşadığı binada normal istilik sistemi olmadığından hamı elektrikə keçib. Xətlər yükləndiyindən, qısa qapanmalar baş alıb gedir:

«Qış ki gəldi, belədir. Bakıda istilik sistemi 10 halın 8-də işləmir. Ona görə hamı elektrikdən istifadə etməyə məcbur qalır. Elektrik xətti yüklənir və beləcə, partlayış olur... İndi qalmışıq işıqsız...».

Dekabrın 12-də təkcə Yasamalda yox, Bakıətrafı qəsəbələrdə də elektrik təminatında problemlər yaranıb. Sulutəpə qəsəbəsinin sakinləri qəsəbəyə gedən əsas elektrik naqillərinin qırıldığını deyirlər:

– Dünən gecədən işıqsızıq. Gəlib bir baxan da yoxdur. Belə olmaz, axı... Nə olub ki, sulu qar yağıb də!..
– İşığı söndürürlər, ancaq ayın axırında yazılan pula bax...
– Külək ki qalxdı, işıq sönür...

Tanrıverdi Mustafayev
Tanrıverdi Mustafayev
«PROBLEM YARANIRSA, TELEFONLA 199-U YIĞSINLAR»

«Bakıelektrikşəbəkə» mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, elektriklə problem ancaq Yasamal rayonunun bir hissəsində və Sulutəpədə var. Abşeron kəndlərininsə onlara aidiyyəti yoxdur:

«Yasamalın bir hissəsi və Sulutəpədə problem var. Sulutəpə qəsəbəsində güclü külək abonentlərin özlərini çəkdikləri qəsəbəarası xətdə zədə törədib. Yol don, evlər sıx olduğundan bizim maşın-mexanizmlər səhər saatlarında ora daxil ola bilmədi. Hazırda həmin ərazidə iş qurtarır. Yaxın dəqiqələrdə abonentlər enerji ilə təmin olunacaq. Hazırda gücləndirilmiş iş rejimində çalışırıq. Elə bir ciddi problem yoxdur. Abonentlərimiz istədikləri qədər enerji ilə təchiz olunurlar. Harada hansı problem yaranırsa, 199 saylı telefonla müraciət etsinlər».

QAZ PROBLEMİ

Soyuq hava qaz problemi də doğurub. «Azəriqaz» İstehsalat Birliyinin məlumatına görə, dekabrın 12-də Xəzər rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Bu da təmir-bərpa işləri ilə bağlıdır.

Xəzər Bakının ən böyük rayonlarından biridir.

Eyyub Hüseynov
Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər il havalar soyuyandan bəri kommunal problemlər çoxalır. Deməli, istehlakçı hüquqları gərəyincə təmin olunmur:

«Şikayət ən çox şəhər ətrafından, xüsusən Suraxanıdan gəlir. Normal kommunal sistem yoxdur, o cümlədən kanalizasiya sistemi. Ölkədə normal istehlakçı siyasəti formalaşmalıdır. Azərbaycanda istehlakçı hüquqlarını qoruyan qanunlar və mövcud qanunları həyata keçirən dövlət orqanları mükəmməl deyillər. Hökumətin birtərəfli siyasəti var. İstehlakçılardan pul qoparan biznes inkişaf edir və hökumət bu biznesə toxunmamaq siyasəti yeridir».

YOL PROBLEMİ

Respublika Baş Dövlət Yol Polisi İdarəsi havanın kəskin soyuması ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə bildirilir ki, bəzi magistral yollarda buzlaşma gözə çarpır. Ötən gecə ölkənin avtomobil yollarında 13 qəza olub. Nəticədə 3 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Qarlı hava Bakıdakı bəzi yollarında tıxac törədib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda havanın temperaturu sıfır dərəcəyə enib, güclü şimal-qərb küləyi əsir. Dağ və dağətəyi rayonlarda aramsız qar yağacaq, gündüz 5-6 dərəcə isti, gecə 13 dərəcəyədək şaxta olacaq. Yollar buz bağlayacaq.

Qar örtüyünün qalınlığı Bakıda 6 sm-ə çatıb, ən çox isə Lerikdə olub – 40 sm.
Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzərdə dalğanın hündürlüyü 4 metrədək yüksəlib.
XS
SM
MD
LG