Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

Xəstəxanada yoluxan HİV virusu


Laboratory test for AIDS
Laboratory test for AIDS
Qırğızıstanın cənubundan ək-tənha uşağını böyüdən Gülya artıq 3 ildir ki, oğluna virusa yoluxmuş qan köçürənlərin cəzalanması üçün çarpışır:

"Oğluma əməliyyatda çoxlu qan itirdiyi üçün üstə 11 dəfə qan köçürülmüşdü. Sonradan bildik iki, sən demə birincə dəfə qan vurulan zaman virusa yoxlubmuş".

2010-cu ldə Qizil Qıya rayon xətsəxanasında ağır kəllə travması üzündən cərrahiyyə əməliyyatı keçirən oğluna xəstəxanada HİV-AİDS (QİÇS) virusu yoluxub. Bunu sonradan paytax Bişkekdə qan testi verəndə biliblər. Gulya deyir ki, işi məhkəməyə çıxarmasın deyə xəstəxanada ona 8 min dollarlıq xərclərin qarşılanmasını təklif ediblər. Amma razılaşmayıb.


488 AİDS XƏSTƏSİNDƏN 388-NƏ VİRUS XƏTƏXANADA KEÇİB

Gulya bu dəhşəti yaşayan yeganə valideyn deyil. Qırğızıstan HİV – QİÇS mərkəzinin verdiyi məlumata görə, 2008-ci ildən bəri ölkədə düz 388 nəfərə rəsmən xəstəxanalarda qan vurulan zaman virus keçib. Ölkədəki ümumi QİÇS xəstələrinin sayı isə cəmi 488-dir.

Gulya olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət eləsə də, açılan cinayət işi nəticəsində heç bir kompensasiya ala bilməyib. Sadəcə, başqa bir istintaqla bağlı, 2008-ci ildə Oş xəstəxanasında 40 körpəyə HİV virusu yoxludurduğuna görə bir neçə tibb işçisi cəzalandırılıb. Işdə yol verdiyi məsuliyyətsizliyə görə, başqa sözlə eyni iynələrdən bir neçə dəfə istifadə elədikləri üçün.


HƏKİMLƏRİN BƏHANƏSİ

Gulyanın olayında qan verən şəxs az öncə Rusiyadan gələn şəxs olub. Gülyanın oğlunun işində dövlət ittihamçısı olan Sanjar Abjalov baş verənlərdə donorları yoxlamayan səhiyyə işçilərini günahlandırır:

"Dindirmə zamanı həkimlər deyirdilər ki, kimsə HİV virusuna yoluxubsa bunu dərhal adi testlərlə ilk 3 ayda bilmək olmur. Ona görə, bəlkə də bu üzdən donordan qan almazdan əvvəl aparılan testlərdə virus daşıyıcısı olduğu ortaya çıxmayıb. Amma adam Rusiyadan yenicə dönübmüş, burda isə Rusiyadan gələn adamın 3 ay keçməmiş donor olması qanunla qadağandır".

İndi Qırğızıstanda Səhiyyə nazirliyi iddia edir ki, artıq ökədəki xəstəxanalrın hamısında bu cür halların təkrarlanmaması üçün ölçü götürülüb. Amma Gulyanın oğluna bunun köməyi azdır. O indi deyir ki, HİV virusu üzündən oğlunun vəziyyətini ağırlaşdıra biləcək hər şeydən - ən adi xəstəliklərdən, soyuqdəymə və qripdən qorumaq üçün yaşamağa məcburdur.
XS
SM
MD
LG