Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:15

Global Witness SOCARdan ittiham yox, Anar Əliyevin şəxsiyyətinə aydınlıq gözləyir


United States -- Mayne, Tom, Researcher, Global Witness (London); D.C. briefing : "Russian Gas Transit Through Ukraine:A Threat to European Security?" (croped), 1Dec2006.
United States -- Mayne, Tom, Researcher, Global Witness (London); D.C. briefing : "Russian Gas Transit Through Ukraine:A Threat to European Security?" (croped), 1Dec2006.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) onun beynəlxalq satış sistemindəki maxinasiya və korrupsiya iddiaları irəli sürmüş Beynəlxalq Global Witness təşkilatının hesabatına kəskin reaksiya verib. Dekabrın 13-də yayılan bəyanatında SOCAR "Global Witness"i saxtakarlıqda və qərəzdə ittiham edir. Sənəddə bildirilir ki, SOCAR beynəlxalq ticarət qanunları və praktikası çərçivəsində fəaliyyət göstərib, hesabatda adı hallandırılan Anar Əliyev adlı şəxs isə səriştəli və geniş təcrübəyə malik, normal biznesmendir.

AzadlıqRadiosu ilə telefon müsahibəsində Global Witness təşkilatının araşdırmaçısı Tom Mayne əvvəlcə SOCAR-ın reaksiyası ilə bağlı suala cavab verib:


Bir tərəfdən biz məmnunuq ki, SOCAR əvvəllər olduğundan daha əsaslı şəkildə reaksiya verib. Digər tərəfdən, bu reaksiyadakı bir sıra doğru olmayan cavablardan məyus olmuşuq. Məsələn, onlar deyirlər ki, biz onların cavablarını görməməzliyə vurmuşuq. Halbuki biz bu cavabın böyük hissəsini və (bizə daxil olan) məktubun bütün mətnini hesabata daxil etmişik. Hesabatın hazırlanmasının bu qədər vaxt çəkməsi isə onunla bağlıdır ki, biz bütün faktları dəfələrlə saf-çürük edib araşdırmışıq. Bir qədər gülməlidir ki, SOCAR bizim hesabatın hazırlanması üçün mənbələrin qüsurlu olduğunu iddia edir, əslində isə bizim mənbələrimizin əksəriyyəti elə SOCAR-ın və onun podratçılarının hesabatları və SOCAR-ın öz internet saytıdır.

Bəs indi SOCAR öz praktikasını nə dərəcədə tutarlı əsaslandırır, xüsusilə də Anar Əliyev lə bağlı?

Bilirsiniz, maraqlısı budur ki, Anar Əliyev barədə hələ ilk məktubumuzda onlara sual vermişdik. May ayında yazdığımız bu müraciətdə Anar Əliyevin kimliyi barədə çoxlu suallar vardı. Onların cavabını saytımızda yerləşdirmişdik.

Onlar bu sualın cavabında hansısa mücərrəd Azərbaycan biznesmeni barədə danışırdılar. Onlar Anar Əliyevin adını belə çəkmirdilər, əslində bu sualdan qaçırdılar. Anar Əliyevi tanıdıqlarını yalnız hesabatı açıqladıqdan sonra etiraf etdilər. İndiyə qədər dilə gətirmirdilər ki, Anar Əliyevlə belə geniş biznes əlaqələri var. Onların cavabından bəlli oldu ki, hansısa Qolovuşkin adında səhmdar da varmış. Biz bunları ilkin məktubumuzda soruşanda onlar cavab verməmişdilər. İndi bu, Azərbaycan xalqı üçün daha bir yeni informasiyadır.

SOCAR sizin hesabatın doğruluğunu şübhə altına alır və hətta məhkəməyə müraciətlə hədələyir. Bununla bağlı narahatlığınız varmı?

Əgər onlar bizim nəyi isə düz yazmadığımızı düçünürlərsə, biz həmin iddianı yoxlayıb, səhvimizi düzəldə bilərik. Lakin bizim hesabatımıza, mənbələrimizə tam əminik.

Əgər cəmiyyət arasında çaşqınlıq yaradan varsa, bu elə SOCAR-ın özüdür. Çünki onlar sözügedən sövdələşmələr barədə məlumatları açıqlamaqdan imtina ediblər. Onlar öz cavab bəyanatlarında SOCAR-ın fəaliyyətindən geniş söz açırlar. Lakin hesabatımızda sözügedən 2 başqa şirkət barədə - UGE-Lanser və Sumato Energy barədə susurlar. Bunlar Azərbaycanın neft sənayesində mühüm rol oynayan şirkətlərdir. Bununla belə, SOCAR cavab bəyanatında bu şirkətlərin adını çəkmir. Açıq qalan suallar var. Məsələn bu işlər üçün niyə məhz Anar Əliyevin seçildiyi, nə üçün Socar Trading-də ona dividentli ilkin səhmlər verildiyi barədə suallara cavablandırılmayıb və biz bu sualları təkrar olaraq SOCAR-a ünvanlayacağıq.

SOCAR həm də sizin araşdırma metodologiyanızı şübhə altına alıb və bildirib ki, bu metodologiya ilə hazırlanmış hesabatı ciddi qəbul etmək olmaz. Buna cavabınız nədir?

Yenə təkrar edirəm ki, dezinformasiyanın çoxu SOCAR-ın özündən qaynaqlanır. Onlar deyirlər ki, informasiyanın çoxu köhnəlib. Əgər bu belədirsə, deməli SOCAR öz saytını və illik hesabatını yeniləmir. Düzü, mən bilmirəm ki, SOCAR bununla nə demək istəyir. Əgər konkret misallar verilsəydi, mən onları cavablandırardım. İndiki halda isə hesabatla tanış olanlar görərlər ki, o nə dərəcədə təfərrüatlı, nə dərəcədə əsaslıdır. Global Witness bu hesabatı hazırlamaq üçün SOCAR-ın 20 illik fəaliyyətini araşdırıb. Mən əminəm ki, bizim metodologiyamız dəqiq və düzgündür.

SOCAR iddia edir ki, Global Witness onun işgüzar imicinə ziyan vurub. Bununla razısınızmı?

Onlar bu hesabatın açıqlanma vaxtının da qərəzli olfduğunu bildirilər. Biz çalışırdıq ki, bu hesabat Mədən Sənayesində Şəffaflıq təşəbbüsünün 10 illiyi ilə bağlı Bakıda keçirlən konfransından əvvəl açıqlansın. Sentyabr ayında EATİ-in 10 illik yubileyi qeyd olunacaqdı. Bu həm də prezident seçkilərinə yaxın bir vaxt idi və əgər hesabat onda açıqlansaydı, əminəm ki, ARDNŞ diqqəti bu fakta çəkəcəkdi.

Britaniyanın xarici işlər naziri William Hague dekabrın 17-də Bakıda olmalıdır. Orada Transadriatika Gaz Kəməri (Tanap) ilə bağlı müqavilə imzalasında iştirak edəcək. Siz xarici işlər rəsmilərinə hansısa tövsiyələri verirsinizmi və ya cənab Hague-in Bakıda hansı məsələləri qaldırmasını istərdiniz? Artıq bir sıra insan haqları təşkilatları belə təşəbbüs irəli sürüblər..

Biz Xarici İşlıər Nazirliyinə məxsusi olaraq müraciət etməmişik. Biz hesabatı siyasətçilərə və jurnalistlərə göndərmişik. Ümid edirəm ki, William Hague bu hesabatdan xəbərdardır və səfər zamanı Azərbaycanın neft sənayesinin şəffalığı və insan haqlarına dair məsələləri qaldıracaq. Əgər biz Azərbaycan hökuməti və SOCAR-la əməkdaşlıq ediriksə, əmin olmalıyıq ki, bu əməkdaşlıq Azərbaycanda insan haqlarının daha da pisləşməsinə rəvac verməyəcək.

Bu hesabatın yayılmasından və ona reaksiyadan sonra deyə bilərikmi ki, Anar Əliyevin kimliyi barədə daha dəqiq məlumata malikik?

Xeyr malik deyilik. SOCAR-ın cavabında deyilir ki, bu şəxs SOCAR-a satış sahəsində əməkdaşlıq təklif edib. Lakin bu cavabda belə bir mənfəətli iş üçün rəqabətli tenderin, başqa namizədlərin olub-olmadığı barədə məlumat yoxdur. Başlıca suallar qalır: o kimdir? Onun keçmişi nədir? Təcrübəni hardan alıb, özü hardan çıxıb? Bu suallara mümkün qədər tez cavab verilməlidir.
XS
SM
MD
LG