Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:31

Ramiz Mehdiyevin yeni ideyası...


Azerbaijan -- Ramiz Mehdiyev being interviewed by journalists, Baku, 03Dec2012
Azerbaijan -- Ramiz Mehdiyev being interviewed by journalists, Baku, 03Dec2012
-
«Yeni Müsavat» qəzeti yazır ki, ötən 10 ildə dövlət büdcəsindən əhalinin içməli su ilə təchizatına 2.6 milyard dollar xərclənib. Amma sakinlər hələ də keyfiyyətsiz sudan istifadə edir.

««Azərsu» əhaliyə mikroblu və lilli su içirdir» başlıqlı yazıda deyilir ki, özəlliklə, Mingəçevir-Yenikənd su hövzəsində, eləcə də Tovuz yaxınlığında süni yaradılmış göllərdə çirklənməyə qarşı aparılan işlər səmərəli deyil:

«Azərbaycanda məişətdə istifadə üçün ayrıca açıq şirin su mənbələri yoxdur. Ona görə də çox yerdə texniki suya olan tələbat içməli su hesabına ödənilir».

2025-ci ildə Azərbaycanda su ehtiyatlarına olan tələbatın 40 faiz artacağı proqnozlaşdırılır.

ABŞ İLHAM ƏLİYEVƏ DAVAMLI DƏSTƏYİNİ BƏYAN ETDİ...

«Azərbaycan» qəzetinin 9 yanvar sayında ABŞ Dövlət katibi John Kerry-nin Azərbaycan xalqına təbrik məktubu manşetə çıxarıb. «ABŞ İlham Əliyevə davamlı dəstəyini bəyan etdi» başlıqlı yazıda ABŞ-ın Azərbaycanı strateji tərəfdaşı hesab etməsindən, iki ölkə arasında enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizədə və digər sahələrdə uğurlu əməkdaşlıqdan bəhs olunur.

John Kerry İlham Əliyevə məktubunda «Şahdəniz» qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı münasibətilə onu və Azərbaycan xalqını təbrik edib.

«SƏTTAR MEHBALIYEVİN RƏHBƏRLİK ETDİYİ TƏŞKİLATIN GƏLİR-ÇIXARINDA BÖYÜK ZİDDİYYƏTLƏR VAR»

«Bizim Yol» qəzeti «Üçpilləli həmkar biznesi» adlı araşdırmasında Həmkarlar İttifaqı üzlərinin sayının «sovetsayağı» şişirdilməsindən, işçilərə pul müqabilində «putyovka»ların satılmasından bəhs edir. Həmkarlar İttifaqının ildə 80-85 min nəfərə «putyovka» verdiyi, hər «putyovka»nın 300-600 manata satıldığı iddia olunur.

İLHAM ƏLİYEV: «BÜTÜN MƏSƏLƏLƏR HƏLL OLUNUB»

«Yeni Azərbaycan» qəzeti «Ötən ilin sosial-iqtisadi uğurları 2014-cü ildə də davamlı, sürətli inkişafa əlverişli zəmin yaradır» başlıqlı yazıda Azərbaycanın ötən illərdəki uğurlarından bəhs edir. Qəzet İlham Əliyevin xarici və daxili siyasətinin Azərbaycanı nəinki regionun liderinə, eləcə də dünyanın sürətlə inkişaf edən ölkəsinə çevirdiyini yazır.

RAMİZ MEHDİYEVİN YENİ İDEYASI...

«Azadlıq» qəzeti «Ramiz Mehdiyev icra başçılarını nəzarətə götürür» başlıqlı yazını manşetə çıxarıb. Yazıda iddia olunur ki, icra başçılarına yeni müavinlərin təyin olunması R.Mehdiyevin ideyasıdır:

«İcra başçılarının müavinləri postuna yalnız PA rəhbərinin təklif etdiyi şəxslər təyin edilir. Sonuncu təyinatlar Binəqədi, Sabunçu və Cəbrayıl rayonlarına olub. Özəlliklə, qadın olan yeni müavinlərin işi icra başçılarının fəaliyyətinə nəzarət etmək, onların işi haqda Prezident Administrasiyasına hesabat verməkdir».
XS
SM
MD
LG