Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

Həbsdəki gənclərdən birinin səhhətində problem var


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə
-
«Azad Gənclik» Təşkilatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin səhhətində problem yaranıb.

Bunu AzadlıqRadiosuna yanvarın 11-də onunla Bakı İstintaq Təcridxanasında görüşən vəkili Nemət Kərimli deyib:

«İlkinlə bu gün görüşdüm. Mədəsində ciddi ağrıların olduğunu dedi. Ultrasəs müayinəsindən keçib. Ona təcili müalicə lazımdır. Amma Penitensiar Xidmətin elə bir müalicə müəssisəsi yoxdur. Bakıdakı klinikalarda müalicəsi mümkündür».

Nemət Kərimlinin dediyinə görə, İlkin Rüstəmzadənin ailəsi öz hesabına onu dövlət və ya özəl xəstəxanada müalicə etdirmək istəyir:

«Penitensiar Xidmətə bu gün yazılı müraciət etmişik, hələ cavab verilməyib».

Xidmətin sözçüsü Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinin tibb baş idarəsinə müraciət olunmalıdır:

«Həkimlər onun kənarda müalicəsi ilə bağlı rəy versələr, bu məsələ həll oluna bilər».

İlkin Rüstəmzadə mayın 17-də həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə maddəsi də əlavə olunub.

İlkin Rüstəmzadə ittihamları qəbul etmir, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Hazırda onunla bir yerdə NİDA Hərəkatının üzvləri üzərində məhkəmə prosesi davam etməkdədir.
XS
SM
MD
LG