Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:54

Məhkəmə Pərviz Həşimlini buraxmağa razılaşmadı


-
Yanvarın 17-də jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.

Həşimli MTN-in istintaq təcridxanasında saxlanır. İşə Səbail rayon Məhkəməsində baxılıb.

Vəkil Elçin Sadıqov Media forum saytına deyib ki, prosesə hakim Aytən Əliyeva sədrlik edib: «Vəsatətimiz təmin olunmadı. Bu qərardan apellyasiya şikayəti verəcəyik».

Pərviz Həşimli ötən il sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları odlu silahın və döyüş sursatının qaçaqmalçılığında ittiham edir.
XS
SM
MD
LG