Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

Ukraynada saxlanan etirazçılar azad olunacaq, amma...

Ukrayna müxalifəti parlamentin qəbul etdiyi amnistiya haqqında qanun layihəsini qeyd olunan şərtlərlə qəbul etməyə hazırlaşmır

KİYEVDƏN CANLI YAYIM
20:42 27.1.2014
UKRAYNANIN İLK PREZİDENTİNİN VƏTƏNDAŞ MÜHARİBƏSİ XƏBƏRDARLIĞI


Ukraynanın ilk prezidenti Leonid Kravchuk bəyan edib ki, Ukraynada növbədənkənar prezident seçkiləri vətəndaş mühasirəbsi ilə nəticələnə bilər. Yanvarın 27-də ölkədəki siyasi böhrandan çıxış yollarını müzakirə edən Dəyirmi masadakı çıxışında sabiq prezident bildirib ki, vaxtsız prezident seçkilərinin nə obyektiv, nə də qanuni əsası var. "Təsəvvür edin - elan olunur ki, 90 gündən sonra prezident seçkiləridir. O zaman Ukraynanın altı üstünə çevriləcək" - deyə Kravchuk bildirib.
18:57 27.1.2014
#euromaidan -dan Rusiyaya, Soçi olimpiadasına ironik salam. (Müəlliflər Kiyev barrikadalrında yanan təkərləri nəzərdə tutur)


18:18 27.1.2014
SABIQ DAXILI IŞLƏR NAZİRİ DEYİR UKRAYNA BÖHRANINDAN DİNC YOLLA ÇIXMAQ MÜMKÜNDÜR


Kiyevin Grushevski küçəsindəki barraikadalarda Avromaydan fəalları ilə görüşündə Ukraynanın sabiq daxili işlər naziri, hazırda etiraz hərəkatının liderlərindən biri Yuriy Lutsenko bildrirb ki, Ukrayna artıq prezident Yanukovichin nəzarətindən çıxmaq üzrədir. Vəziyyətdən dinc çıxış yolu olduğunu bildirən Lutsenko deyib ki, bunun ölkə parlamenti həbs olunanlara amnistiya elan etməli, indiyədək qaldırılmış 1500-ə yaxın cinayət işi bağlanmalı, 16-da yanvarda qəbul olunan anto-maydan qanunları ləğv olunmalı, Konstitusiya 2004-cü ildəki dəyişikliklərdən əvvəlki statusuna qaytarılmalıdır. "O zaman biz barraikadalardan dağılıb, burada ancaq bayraqdarları saxlaya bilərik" - deyə sabiq nazir əlavə edib. Lutsenko Avromaydanın radikal qanadı arasında ən çox nüfuzu olan siyasətçidir. Ukrayna parlamenti Ali Radanın yanvarın 28-də növbədənkənar toplantısı gözlənilir. Rada ölkədə yaranmış siyasi böhranı müzakirə edəcək. Ukraynada vəziyyət gərgin olaraq qalır. Avromaydanda şaiyələr gəzir ki, hökumət maydanı dağıtmaq üçün Kiyevə xüsusi qüvvələr cəmləşdirir. Rəsmilər bu xəbəri inkar edirlər.

Lutsenko Grushevski küçəsindəki barrikadalarda
Lutsenko Grushevski küçəsindəki barrikadalarda
16:41 27.1.2014


UKRAYNADAKI KİM HANSI ƏRAZİLƏRƏ NƏZARƏT EDİR

Ukrayna vilayətlərində hakimiyyətin kimə məxsus olduğunu əks etdirən xəritəyə əsasən prezident Yanukovych-in nəzarətində olan vilayətlər tünd göy rəngdə verilib. Mavi-sarı rəngli vilayətlərdə hakimiyyət Avromaydan tərəfdarlarının əlindədir.

Davamı

XS
SM
MD
LG