Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:32

ATƏT Ukraynada mübahisəli qanunların ləğvini alqışlayır


Ukrayna - Parlament mübahisəli qanunu ləğv edir, 28 yanvar 2014
Ukrayna - Parlament mübahisəli qanunu ləğv edir, 28 yanvar 2014
-

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didier Burkhalter Ukraynada hökumətin atdığı son addımlara münasibət bildirib.

O, ölkənin siyasi arenasındakı son hadisələri alqışlayıb və tərəfləri siyasi dialoqu davam etdirməyə çağırıb:

“Mən son dövrlərdə qanunlara edilmiş dəyişikliklərin ləğvini alqışlayıram, ümid edirəm ki, bu, gərginliyin azaldılmasına kömək edəcək və Ukraynaya hazırkı böhrandan demokratik yollarla çıxmağa kömək edəcək, onu sülhə nail olunmasına yaxınlaşdıracaq”.

Didier Burkhalter tərəfləri zorakılıqdan çəkinməyə çağırıb. Onun fikrincə, bu ölkədəki böhranı daha da dərinləşdirə bilər.

PARLAMENT "HƏ" DEDİYİ DÜZƏLİŞLƏRƏ İNDİ DƏ "YOX" DEDİ

Ukraynada hökumət mitinqçilərə güzəştə gedib.

Baş nazir istefa verib. Parlament isə 10 gün əvvəl qəbul etdiyi qanunu ləğv edib.

Prezidentin imzaladağı və qüvvəyə minən həmin qanun küçə və meydanlarda icazəsiz olaraq çadırların, tribunaların qurulmasını qadağan edirdi. Buna görə 640 dollara qədər cərimə, yaxud 15 günlük həbs cəzası müəyyən edirdi.
Azarov
Azarov

Bundan başqa Yanukovych Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiq etmişdi.

Dəyişikliklərə görə, böhtan yenidən cinayət əməli kimi qəbul edilir, məmurların tənqidlərdən qorunması üçün əlavə imkanlar açılırdı.

Müxalifət lideri Vitali Klitschko isə baş nazir Azarovun istefasına münasibət bildirərkən deyib ki, bu, "qələbəyə doğru addımlardan biridir".

Onun fikrincə, bu istefa 1 ay qabaq olmalıydı. Bu baş vermədiyi üçün cəmiyyətdə "siyasi hərarət" dramatik həddə qalxıb və Azarov hökumətin son proseslərdə məsuliyyəti məsələsi qaldırılandan sonra "öz simasını qorumaq üçün" vəzifədən gedib.

PUTİNİN XƏBƏRDARLIĞI

Kiyevdə hökumətə qarşı mitinqlər davam edir.

Bu arada Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherin Ashton Ukrayna prezidenti Yanukovych-lə danışıqlar aparmaq üçün Kiyevə gəlib.

Rusiya prezidenti Vladimir Putin isə Avropa Birliyini Ukraynanın daxili işlərinə qarışmaqda günahlandırıb.

Putin Ukrayna rəhbərliyini Rusiya ilə sərfəli qaz razılaşmasını və 15 milyard dollarlıq kredit anlaşmasını təhlükə altına qoymamağa çağırıb.
XS
SM
MD
LG