Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:47

XİN AB-nin bəyanatını siyasi təzyiq adlandırır


Belgium -- European Union High Representative for Foreign Affairs Catherine Ashton speaks during a news conference at the end of a Foreign Affairs council meeting at the EU headquarters in Brussels, February 10, 2014
Belgium -- European Union High Representative for Foreign Affairs Catherine Ashton speaks during a news conference at the end of a Foreign Affairs council meeting at the EU headquarters in Brussels, February 10, 2014
-

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Birliyi rəsmilərinin QHT-lərlə bağlı son bəyanatını «təəccüblü» və «anlaşılmaz» adlandırıb.

Fevralın 12-də Avropa Birliyinin ali nümayəndəsi Catherine Ashton və komissar Štefan Füle Azərbaycanda QHT-lər barədə qanuna edilən düzəlişlərdən narahatlıq bildiriblər. Onlar hesab edir ki, bu düzəlişlər müstəqil və tənqidi sivil cəmiyyət üçün mühiti daraldır, xüsusilə də insan haqları və demokratiya sahəsində.

HANSI ETİBARLI MƏNBƏLƏRƏ İSTİNAD OLUNUB?

«Bu cür açıqlamalar verilərkən Avropa Birliyinin hansı «etibarlı» mənbələrə istinad etməsi maraq doğurur. Avropa Şurasına qəbul olunandan etibarən Azərbaycan Respublikası öz üzərinə götürmüş öhdəlikləri yerinə yetirmiş, Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin hazırlanması və inkişafına baxılmışdır» - Azərbaycan XİN-in açıqlamasında deyilir.

AVROPA QANUNVERİCİLİYİNDƏN DAHA DEMOKRATİK

XİN bəyan edir ki, Azərbaycanın QHT və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyi AB ölkələrinin bu sahədəki qanunvericiliyindən heç bir halda geri qalmır. Əksinə, bir çox meyarlar üzrə bir sıra Avropa ölkələrinin qanunvericiliyindən daha demokratik xarakter daşıyır.

«Azərbaycanda QHT-lərin və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş tədbirləri və əldə edilmiş nailiyyətləri dəyərləndirmədən Avropa Birliyi tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma, siyasi təzyiq cəhdləri özünü göstərir» - XİN bildirir.

Prezident İlham Əliyev fevralın 3-də ölkədə QHT-lərlə bağlı qanuna edilən düzəlişləri təsdiqləyib. Söhbət Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri, Qeyri-hökumət təşkilatları və Qrant haqqında qanunlara dəyişikliklərdən gedir.

Yerli QHT rəhbərləri və hüquq müdafiəçiləri bu düzəlişlərin QHT-lərin fəaliyyətini məhdudlaşdırdığını və onlara qarşı təzyiq vasitəsi olduğunu deyirlər.
XS
SM
MD
LG