Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:46

Gömrükdə kartof qadağası


kartof
kartof
-
İranın Astara gömrüyündən Azərbaycana kartofun buraxılmadığı bildirilir. Sərhədyanı ticarətlə məşğul olanların dediklərinə görə, İranın özündə də kartof günü-gündən bahalaşır. Ötən il İran Astarasında kartofun bir kiloqramı 10 qəpiyə olub. İndi isə 60 qəpiyədir.

İran gömrüyündən Azərbaycan vətəndaşlarına kartofun buraxılmayacağı ilə bağlı xəbərdarlıq da edildiyi bildirilir.

Ancaq iqtisadçı Vidadi Mirzəyev deyir ki, belə qadağalar İranda kartof qıtlığı ilə bağlı deyil. Onun sözlərinə görə, İran Azərbaycanda kartofa ehtiyac olduğunu bilir. Ona görə belə addım atırlar.

Yada salaq ki, Azərbaycanın Astara rayonunun bazarında kartofun 1 kiloqramının qiyməti indi 80 qəpikdən 1 manata qədər dəyişir. Paytaxt Bakı bazarlarında isə hətta kartofun 1 kiloqramı 1 manat 20qəpik, 1 manat 50 qəpiyə qədər bahalaşıb.
XS
SM
MD
LG