Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:21

Prokuror İlqar Məmmədov və Tofiq Yaqubluya cəza istəyib


İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu
-
Fevralın 24-də İsmayıllı hadisələri ilə bağlı həbs olunanların məhkəməsində prokuror müttəhimlərə cəza istəyib.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə istənilən ən az cəza 4 il 3ay, ən çoxu 9 il olub. Dğvlət ittihamçısı bəzi müttəhimlərə 5, 6 və 8 il həbs cəzası istəyib.

Prokuror REAL-ın lideri İlqar Məmmədova 8, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqubluya 7 il azadlıqdan məhrum etmə cəzası istəyir.

Prosesi izləyən AzadlıqRadisounun müxbiri xəbər verir ki, məhkəmədə iştirak edən Müsavat başqanı İsa Qəmbər, keçmiş baş nazir Pənah Hüseyn prokurorun istədiyi cəzalara atdığı replikalar qalmaqal yaradıb. Hakim onları və bəzi Müsavat üzvlərini məhkəmə zaldan çıxarıb.

Müttəhim Elşən Qurbanov ona istənilən 6 il 6 aylıq cəzaya etirazını bildirib, intihar edəcəyini deyib. Yaranan hay-küyə görə hakim Rafail Əliyev onun məhkəmə salonundan çıxarılmasını istəyib. Vəkilinin işə qarışmasından sonra Elşən Qurbanov zala qaytarılıb.

İsmayıllıdakı Çıraq oteli
İsmayıllıdakı Çıraq oteli
Prosesi ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları da izləyir.

Ötən il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb. Bundan sonra yerli camaatla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Olaydan sonra 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG