Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:03

Putin: «Krımdakı hərbçilər rus ordusu deyil» (4-5 mart xronikası)

Martın 1-dən başlayaraq Rusiyanın hərb əzələlərinin nümayış cəhdi Ukraynanın Krım yarımadasında silahlı toqquşma həddinə çatıb. Sayca qat-qat az olan Ukrayna hərbçiləri rusların təslim olmaq hədələrinə ləyaqətlə sinə gərir. Putin "Krımda rus qoşunları yoxdur" deməklə bütün dünyanı təəccübləndirib. Ukraynda və Krımda Martın 4-5- ə baş verənləri canlı bloqda izlə, xəbərlər gün ərzində yeniləndiyindən son hadisələr bloqun yuxarı hissəsindədir. Azadlıqda qal!
17:59 4.3.2014

Ukrayna Baş prokurorluğu sabiq prezident Yanukovychin ölkəyə ekstradisiyası haqda Rusiya hakimiyyətinə müraciət edib. Bu məlumatla eyni vaxtda sosial şəbəkələrdə Yanukovychin təsdiq olunmayan ölümü xəbəri yayıldı. Yanukovych-in Rusiyada gizləndiyi ehtimal olunur. Sonuncu dəfə o, Rostov şəhərində mətbuat konfransı keçirərək hakiiyyətdən imtina etmədiyini bildirdi. Martın 3-də Nyu-Yorkda çıxış edən Rusiya səfiri onun Krıma qoşun yeritməsi haqda Rusiya prezidenitnə məktubunu oxudu. Rusiya Yanukovych-in hakimiytyətdən getməsini qanunsuz elan edir və tələb edir ki, Ukrayna siyasəti 21 fevrala qədər olan vəziyyətini bərpa etsin.
17:36 4.3.2014
SİLAHSIZ UKRAYNA ZABİTLƏRİ RUS ATƏŞLƏRİNƏ ƏHƏMİYYƏT VERMƏDİLƏR

Martın 1-də mənsubəiyyət nişanını gizlədən silahlı qruplar Krımdakı Belbek hərbi aeroportunu mühasirəyə alıb. Martın 4-də bu aerodromda xidmət edən Ukrayna Silahlı Hava qüvvələrinin zabitləri əllərində hərbi hissənin və Ukrayna bayrağı öz xidməti yerlərinə getməyə cəhd göctəriblər. Sİlhasız Ukrayna zabitləri Rus hərbçilərinin onlara qarşı atdığı atəşlərə əhəmiyyət vermədən, Ukraynanın himnini oxuyaraq hərəkətlərinə davam ediblər. Canlı yayımda gedən bu epizodun sosial şəbəkədə görüntüləri yayılıb.

15:54 4.3.2014
Krımda mühasirədə saxlanan Ukrayna hərbi bazası
Krımın paytaxtı Simferepol yaxınlığında Ukraynanın hərbi bazalarından birini tanınma nişanı olmayan əsgərlər mühasirədə saxlayırlar. Yerli sakinlər Ukrayna bazasını mühasirəyə alanların Rusiya əsgərləri olduğuna əmindirlər. Rusiya tərəfdarları da həmin əraziyə toplaşıb "Rusiya" şüarı səsləndirirlər.
Krımda mühasirədə saxlanan Ukrayna hərbi bazası
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Davamı

XS
SM
MD
LG