Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:24

NİDA-cıların məhkəməsi keçirilib


Foto arxiv
Foto arxiv
Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində 7 NİDA-cı və “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin məhkəməsi davam edib.

İclasda bildirilib ki, bəzi şahidlər hazırda hərbi xidmətdə olduqları və xaricdə təhsil aldıqları üçün prosesdə çıxış edə bilməyəcəklər.Buna görə, onların ifadələri oxunub.
Gənc fəal Tural Şəkərli “Harlem shake” flaşmobu ilə bağlı ibtidai istintaqda bildirib ki, Rüstəmzadənin flaşmobun təşkili və İnternetdə yerləşdirilməsi ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, məhz həmin flaşmoba görə Rüstəmzadəyə qarşı xuliqanlıq ittihamı irəli sürülüb.Rüstəmzadənin özü də indiyədək hansı cinayətdə ittiham edildiyini anlamadığını deyib.

Məhkəmə həmçinin müdafiə tərəfinin Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlunun mənzillərinə baxışda iştirak etmiş şahidlərin məhkəməyə çağırılması barədə vəsatətini təmin edib.Amma məhkəmə MTN əməliyyatçılarının şahid qismində çağırılması barədə bundan əvvəlki vəsadətləri təmin etməyib.

Proses martın 7-də davam etdiriləcək

Gənc fəallar ötən ilin martında Bakıda əsgər ölümünə yox şuarı ilə keçirilən aksiyada iştiraka görə həbs ediliblər. Onlar qanunsuz partlayıcı və narkotik maaddələr saxlamaqda, habelə kütləvi iğtişaşlara hazırlaşmaqda ittiham olunurlar.
XS
SM
MD
LG