Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:34

Bloqqer Əbdül Əbilovun şikayətinə baxıldı


Əbdül Əbilov
Əbdül Əbilov
-
Martın 19-da Bakı Apellyasiya Məhkəməsi bloqqer Əbdül Əbilovun şikayətinə baxıb.
Şikayət təmin olunmayıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Xalid Bağırov məlumat verib. Vəkil deyib ki, «artıq şikayətlərin təmin olunmamasına öyrəşmişik».

Şikayət Nərimanov rayon Məhkəməsinin Əbdül Əbilov haqda seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatəti təmin etməməsi qərarından verilmişdi.

Əbdül Əbilov keçən ilin noyabrında həbs olunub. O, külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunur. Vəkil deyir ki, «bu, «facebook» fəallarının maddəsi olduğu üçün Əbdül Əbdülova da belə bir ittiham irəli sürülüb».

Əbdül Əbdülov «facebook»da «Yaltaqlara dur deyək» səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.
XS
SM
MD
LG