Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:15

Müşfiqabaddakı şəhərcikdə ev alan köçkünlər iş axtarır [Video]


Bir ildir ev alan köçkünlər daha nə istəyirlər?
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Bir ildir ev alan köçkünlər daha nə istəyirlər?

-
“Evlər yaxşı vəziyyətdə deyil. Hamısının təmirə ehtiyacı var. Divar kağızları tökülür, döşəmə yararsızlaşır, kanalizasiya sistemi tam bərbad vəziyyətdədir. Özümüz nə bacarırıq onu edəcəyik”.
Bu sözləri Müşfiqabad qəsəbəsinin məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə yaşayan Nadir Şükürov deyir. O deyir ki, ötən il onlara verilən mənzillərin təmiri yaxşı deyil. Bina təzə olsa da problemləri çoxdur. Yenidən təmirə ehtiyac var:

“BİRCƏ MƏNZİLDƏKİ PROBLEMLƏRİ HƏLL ETSƏLƏR...”

“Yemək içmək üçün bazarımız var. Şükür. Bircə mənzildəki problemləri həll etsələr çox yaxşı olar. Burda iş yerlərinə ehtiyac var. Ayda 150-200 manat məvacib alıram. Hər gün işə şəhərə getmək üçün 2-3 manat xərcləyirəm. Qazancımın çoxu yol xərcinə çıxır”.

Füzuli rayonundan köçkün düşən Nadir Şükürovün sözlərinə görə, hələ də doğma yurdu unutmayıblar:

“YENƏ DƏ VƏTƏN YAXŞIDIR”

“Torpaq heç vaxt unudula bilməz. Günü sabah torpaqlarımız geri qayıtsa, biz orada gedib özümüz ev tikərik. Təki öz yurdumuza qayıdaq. Bundan da gözəl şərait olsa belə, yenə də vətən yaxşıdır”.

Ağdam köçkünü kimi binada məskunlaşan Xalidə Hüseynova isə deyir ki, mənzillərdəki problemləri mənzil istismar idarəsindən qeydə alsalar da hələlik bir tədbir görülməyib:

“YAĞINTI OLAN KİMİ...”

“Sağ olsunlar ev veriblər. Amma balkonların üstü açıqdır. Yağıntı olan kimi su balkona, oradan da evə dolur.”
Xalidə Hüseynova
Xalidə Hüseynova
Xalidə Huseynova bildirir ki, şəhərcik külək tutan ərazidə yerləşdiyinə görə bu da bir problem yaradır. Üstəlik dayanacağ olmadığından xüsusi ilə soyuq aylarda avtobus gözləməkdə çətinlik çəkirlər.

“O gün də su axırdı. Çağırdım gəlib baxan olmadı. İki manat verib özüm boru aldırıb qoymuşam”.

120 manat pensiya ilə dolandığını deyən Əminə İsmayılova isə Füzuli rayonundan köçkün düşüb. Əlavə işə ehtiyacı olduğunu deyir.

ŞƏHƏRCİKDƏ İŞ YERLƏRI YOXDUR

“Yataqxanada olanda alverlə məşğul olurdum. İndi vəziyyət çətindir. Nə oğlum, nə qızım işləyir. Müraciət etdim ki, süpürgəçi işləyim. Mənə dedilər ki, 65 yaşın var, çox yaşlısan. İşə götürmədilər”.

Şəhərcikdə yeni yerlərindən razılıq edənlər da var:

RAZIDIRLAR, AMMA MƏSCİD, XEYİR-ŞƏR İSTƏYİRLƏR...

“Allah canlarını sağ etsin. Qalmışdıq pinti yerlərdə. Nə günlərdə yaşayırdıq. Şükür ki, ev verdilər. Şikayətimiz yoxdur. Bircə istəyirik burada məscid tikilsin”.
Kimya Bayramova
Kimya Bayramova
Cəbrayıl köçkünü Kimya Bayramova ona verilən mənzildən çox razıdır. Deyir suyundan, qazından, işığından şikayəti yoxdur. Heç bir problemi yoxdur. Təkcə xeyir-şər məclisi üçün bir yerin olmasına çox ehtiyacı var.

ƏLİLLƏR NƏZƏRƏ ALINMAYIB...

“1-ci qrup əlil üçün belə şərait olmaz. Evlərin olması yaxşıdır. Amma şərait çətindir”.

Bunu isə Qafar Vəliyev deyir. O qeyd edir ki, əlil olduğu üçün pilləkənləri qalxmaq ona çətinlik yaradır. Öz pulu ilə tutacaq hazırlatdırıb.

“Mən bu vəziyyətdə işləyə bilmirəm. Oğlumun da qazancı çox azdır. İstərdim dövlətdən bir kömək olsun”.
XS
SM
MD
LG