Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:00

Əli İnsanovun işi yenə Avropaya getdi


Əli İnsanov
Əli İnsanov
-
Martın 27-də keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev Avropa İnsan Hüquqları Məhkəməsinə növbəti şikayət göndərib.

Şikayətdə Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğvi xahiş olunur.

Toğrul Babayev bildirib ki, şikayətə səbəb Azərbaycan hakimiyyətinin Avropa Məhkəməsinin Əli İnsanovla bağlı qərarını icra etməməsi, Bakı Apellyasiya Məhkəməsinin onun işinə ədalətli və obyektiv baxmamasıdır. Buna görə də Avropa İnsan Hüquqları Məhkəməsindən Əli İnsanovun işinə yenidən baxılması, ədalətsiz məhkəmə qərarının ləğvi xahiş edilib.

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il cəza alıb. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi onun ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanovun haqqındakı 11 illik həbs qərarını qüvvədə saxlayıb.
XS
SM
MD
LG