Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:57

Sarkisian prezidentliyə namizədliyini irəli sürməyəcək


Serzh Sarkisian prezident seçkisində səs verir, 18 fevral 2013
Serzh Sarkisian prezident seçkisində səs verir, 18 fevral 2013
-
Ermənistanda konstitusiya islahatları başlanıb. Ölkə parlamentli respublikaya keçməsi nəzərdə tutulur. Bu barədə layihəni aprelin 10-da Prezident yanında Konstitusiya İslahatları Komissiyası elan edib. Dövlətə faktik rəhbərlik baş nazirə keçəcək, prezident rəmzi vəzifələri üstünə götürəcək.

Amma komissiyanın iclasında prezident Serzh Sarkisian bildirib ki, ölkənin indiki - prezidentli respublika idarə etmə modelini daha münasib hesab edir:
«Məncə, ölkəmizə – ən azı indiki mərhələdə indiki idarəçilik metodu qəbulediləndir. Komissiyanın qaldırdığı bu məsələ ictimai müzakirəyə çıxarılmalıdır. Amma bir şeyi nəzərə almaq gərəkdir ki, siyasi məsələlərə son qiyməti verərkən ölkənin siyasi qüvvələrinin məsələyə baxışına etinasız yanaşmaq, yaxud bu baxışları gərəyincə dəyərləndirməmək lazım deyil».

Prezident onu da qeyd edib ki, insanlar, siyasi qüvvələr, ötəri maraqlar gəldi-gedərdir, ancaq Konstitusiya nəsillərə xidmət edəcək. Bu səbəbdən Serzh Sarkisian konstitusiya islahatlarına dair müzakirələrin həqiqi azad mühitdə keçməsi üçün özünün ilk addımına diqqət çəkib:

«Rəsmən bəyan edirəm ki, mən, Serzh Sarkisian bir daha Ermənistan prezidenti postuna namizədliyimi verməyəcəyəm. Müzakirələrin yekununda mənim arzuma uyğun olmayan yol – parlament idarəçiliyini nəzərdə tuturam – seçilərsə, baş nazir postuna da namizədliyimi verməyəcəyəm. Əminəm ki, bir şəxs həyatında iki dəfədən artıq hökumətin sükanı arxasında durmağa iddia etməməlidir».

Serzh Sarkisian 2008-ci ildən hakimiyyət başındadır. O, 2013-cü ildə yenidən prezident vəzifəsinə seçilib. Bu ölkədə növbəti prezident seçkisi 2018-ci ildədir.
XS
SM
MD
LG