Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:35

Həbsdə olan NİDA-çıların valideynləri aclıq aksiyasına başlayır [Fotolar]


NİDA-çıların ailə üzvləri
NİDA-çıların ailə üzvləri
-
Həbsdə olan NİDA-çı gənclərin valideynləri aprelin 20-də Müsavat partiyasının qərargahında aclıq aksiyasına başlayıb. Bu barədə AzadlıqRadiosuna Zaur Qurbanlının anası Səkinə Qurbanlı məlumat verib.

“Bu gün 4 valideyn aclıq aksiyasına başlayırıq. Şahinin anası ilə bibisi, Rəşadətin anası, bir də mən. İndi Zaurla danışdım deyir aclıq aksiyasını davam etdiririk və əhvalımız da yaxşıdır. O biri valideyinləri deyə bilmərəm, mən müddətsiz aclıq edəcəm”.

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Hərəkat üzvlərinə 6 il yarımdan 8 il yarıma qədər cəza istəyib.

Gənc fəallar etiraz olaraq aprelin 17-dən aclıq aksiyasına başlayıb. həm gənclərin, həm də valideynlərinin tələbi NİDA-çıların dərhal azadlığa buraxılmasıdır.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra həbs olunan “Azad Gənclik” Təşkilatının üzvü (həbsindən sonra NİDA-ya üzv yazılıb) İlkin Rüstəmzadəyə də eyni ittihamlar irəli sürülüb. Əvvəl xuliqanlıqda ittiham olunan fəala qarşı sonradan kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.

XS
SM
MD
LG