Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:33

Penitensiar Xidmət NİDA-çıların aclıq etmədiyini deyir


NİDA-çıların məhkəməsi
NİDA-çıların məhkəməsi
-
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvləri ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər - Rəşadət Axundov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə, Rəşad Həsənov, Bəxtiyar Quliyev, Məmməd Əzimov, Üzeyir Məmmədli və Şahin Novruzlunun aclıq aksiyası keçirmələri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub:

«Təqsirləndirilən şəxslərin vəkillərinə və ailə üzvlərinə istinadən yayılan bu məlumatlarda onların guya 13 gündür ki, qidadan imtina etmələri iddia olunur. Bununla əlaqədar bildiririk ki, adları qeyd olunan səkkiz nəfər məhkum tərəfindən saxlanıldıqları müəssisənin rəhbərliyinə qidadan imtina etmələri barədə heç bir rəsmi müraciət ünvanlanmayıb və həmin şəxslər saxlanıldıqları kameralarında normal qida qəbul edirlər. Bu şəxslərin sağlamlıqları və fiziki durumlarında problemlər qeydə alınmayıb».

Təqsirləndirilən NİDA-çılardan Üzeyir Məmmədlinin vəkili Yalçın İmanov Penitensiar Xidmətin yaydığı məlumatın reallığı əks etdirmədiyini bildirir:

«Çox gülməli bir məlumatdır. Bu açıqlama ortalıqda olan aclıq aksiyasının təhrifinə yönəlib. Üzeyir Məmmədli aclıq aksiyasına başlayanda mənə bildirmişdi ki, saxlandığı təcridxananın rəisinə yazılı məlumat verib, onları xəbərdar edib. Penitensiar Xidmətin hansı fakta əsaslanaraq bu açıqlamanı verməsini başa düşə bilmirəm. Dünən digər vəkil Əshabəli Mustafayev təcridxanada aclıq edən NİDA-çılarla görüşüb. Onlar 13-cü gündür ki, aksiyanı davam etdirirlər və səhhətləri günbəgün pisləşir. Bunu təhrif etməkdə məqsədləri nədir, anlamadım. Yəqin ki, aksiyanın əhəmiyyətini azaltmaq üçün bu açıqlamanı veriblər».
XS
SM
MD
LG