Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:35

Morningstar deyir ki, Azərbaycanda insan haqları və demokratiyaya görə tənqidləri başa düşə bilmirlər


Morninstar Azadlıq Radiosunda
Morninstar Azadlıq Radiosunda
Aprelin 30-u Vaşinqtonda “ABŞ-Azərbaycan: Gələcəyə baxış” adlı çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar deyib ki, Azərbaycanla ABŞ arasında münasibətlər çox vacib və güclüdür. Ancaq çətinliklərdən azad da deyil.

Səfir vurğulayıb ki, o öz çıxışında bu münasibətlərin niyə əhəmiyyətli olması üzərində dayanacaq, eləcə də demokratiya sahəsində.

Səfir deyib ki, Ukrayna hadisələri münasbətlərin vacibliyini göstərdi. Azərbaycanın suverenliyini və müstəqilliyini belə qəti şəkildə ABŞ və Avropadan başqa kim deyəcək?

Morninstar deyib ki, Ukraynadakı vəziyyət Dağlıq Qarabağ probleminin həllinin vacibliyini göstərdi.

Səfir hesab edir ki, problemin həlli Rusiyanın tam əməkdaşlığı olmadan çox çətindir.

Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında insanların ünsiyyət qurmasını dəstəkləyir. Bunun qatı müdafiəçiləri olan Rauf Mirqədirovun həbsi , Leyla Yunus və Arif Yunusla bağlı istintaqın başlanması isə səfirin fikrincə, Ermənistan və Azərbaycan arasında təmaslara ziyan vurur və bu, yanlışdır.

Morningstar deyib ki, Azərbaycanla ABŞ-ın münasibətlərində çətin olan sahə isə insan haqları və demokratiyadır.

O deyib ki, Azərbaycanda nəyə görə tənqid olunduqlarını anlamırlar. Onların arqumenti budur ki, Azərbaycan təhlükəli qonşuluqda yaşayır və sabitlik yaratmalıdır. Onlar bildirirlər ki, 20 ildə çox böyük işlər görüblər.

Morninstar deyir ki, bunlar doğrudur, ancaq ABŞ bu fikirdədir ki, Azərbaycanda açıq cəmiyyət daha böyük sabitlik yaradacaq.

Keçmiş Dövlət katinbi Hillari Clinton bir neçə il əvvəl Bakıda olanda dedi ki, ABŞ-ın ən güclü münasibətləri açıq cəmiyyətli ölkələrlədir.

Morningstar deyir ki, demokratiya, insan haqları sahəsində Azərbaycan və ABŞ birlikdə işləməlidirlər.

O ümid etdiyini bildirir ki, Azərbaycan hökuməti fərdlərə ziyan vuran və iki ölkənin münsibətlərində ən əhəmiyyətli qıcıqlandırıcı olan və ABŞ-ın lüzumsuz hesab etdiyi hərəkətlərdən çəkinəcək.
XS
SM
MD
LG