Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:23

«Front Line» təşkilatı Leyla Yunusa təzyiqləri dayandırmağı tələb edir


Leyla Yunus
Leyla Yunus
-
Mərkəzi ofisi İrlandiyada yerləşən «Front Line» hüquq-müdafiə təşkilatı Leyla Yunusa təzyiqləri pisləyən bəyanat yayıb.

Mayın 1-də yayılan bəyanatda təşkilat Azərbaycan hakimiyyətindən ona və ailəsinə olan təzyiqləri dərhal dayandırmağı tələb edir:

«Biz Azərbaycan hakimiyyətindən tələb edirik ki, hüquq müdafiəçisi Leyla Yunus və onun ailəsinə qarşı təzyiqləri dərhal dayandırsın. Çünki biz inanırıq ki, bu təzyiqlər onun insan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətinin dinc və qanuni fəaliyyəti ilə bağlıdır. Leyla Yunusun saxlanması və aparılan axtarışlar zaman müsadirə olunan bütün materiallar, sənədlər, kompüterlər və pasportlar geri qaytarılsın».

Təşkilat həmçinin bütün insan haqları müdafiəçilərinin fəaliyyətini qorxusuz həyata keçirilməsinin təmin olunmasını tələb edir.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus həyat yoldaşı - politoloq Arif Yunusla birlikdə aprelin 28-də gecə Bakıda hava limanında saxlanıblar. Üstlərində, ofis və evlərində axtarış aparılıb. Arif Yunus isə xəstəxanaya yerləşdirilib.
XS
SM
MD
LG