Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:04

​Ukraynanın baş naziri Odessaya gedib


-
Mayın 4-də Ukraynanın baş naziri Arseniy Yatsenyuk Odessaya səfər edib.

Yatsenyuk bundan əvvəl BBC-yə deyib ki, o, şəxsən təhlükəsizlik qüvvələrini zorakılığı önləmək üçün “heç nə etməməkdə” ittiham edir.

Ancaq o, rusiyayönlü nümayişçiləri zorakılığı “qızışdırmaqda” ittiham edib.

O, həmçinin “tam, bitkin və müstəqil təhqiqat” vəd edib.

Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton bəyanatında bildirib ki, AB “hər bir kəsi təmkin göstərməyə və bu (Odessa) faciədən daha çox nifrəti, bölücülüyü və şüursuz zorakılığı qızışdırmamağa” çağırıb.

Ashton Odessadakı yanğının “müstəqil” araşdırılmasına çağırıb.

UKRAYNADA HADİSƏLƏRİN GEDİŞİNİ BİZİM CANLI BLOQDA İZLƏ
XS
SM
MD
LG