Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:35

«Səfir bizə dərs keçə bilməz» - Novruz Məmmədovun Morningstar-a cavabı


Novruz Məmmədov
Novruz Məmmədov
-
Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini Novruz Məmmədov ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar-ın AzadlıqRadiosuna müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Novruz Məmmədov Publika.az-a deyib ki, səfirin bu müsahibəsi Azərbaycanın daxili işlərinə müdaxilədir:

«Azərbaycan üçün bu, qəbuledilməzdir. Bu, həm də Vyana Konvensiyasının tələblərinin pozulmasıdır. Müsahibənin tonu düz deyil. Səfir öz sözünü deyə bilər, amma bizə dərs keçə bilməz. Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Biz ABŞ səfirinin müsahibəsində bu tonunu qəbul etmirik».

N.Məmmədov səfirin Ukrayna hadisələrinin Azərbaycanda təkrarlana biləcəyi barədə söylədiyi fikirləri də şərh edib:

«Ukraynada meydan hadisələrini yaradan məhz ABŞ-ın özüdür. Bunu dünya mediası da dəfələrlə bəyan edib. «Molotov kokteyli»nin istifadəsinə də ABŞ dəfələrlə dəstək verir. Bu, qəbuledilməzdir».

PA-nın şöbə müdiri ABŞ-ın Azərbaycanın daxili işlərinə qarışmamağa və Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxından kömək etməyə çağırıb:

«İndiyədək ABŞ Dağlıq Qarabağ münaqişənin həllinə heç bir kömək göstərməyib. Amma işğalçı Ermənistana 2 milyardlıq yardım edib. Biz bunu bilirik».

Səfirin korrupsiya ilə bağlı ittihamlarına da toxunan N.Məmmədov deyib:

«Heç bir dövlət ideal deyil. Eləcə də ABŞ. Azərbaycanda korrupsiyanın əsasını Rəsul Quliyev qoyub. Ancaq bu gün Rəsul Quliyev ABŞ-da yaşayır və himayə olunur».
XS
SM
MD
LG