Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:47

AXCP-nin sökülən qərargahının sahibi Azər Əsgərovu polis saxlayıb


AXCP qərargahından çıxarılıb
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

AXCP qərargahından çıxarılıb

.

AXCP-nin sökülən qərargahının sahibi Azər Əsgərovu mayın 23-də polis saxlayıb. Bu haqda AzadlıqRadiosuna Azər Əsgərovun özü məlumat verib. Onun sözlərinə görə, Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşları onu sökülən binanın yerində çadır qurarkən saxlayıblar:

“Qalmağa yerim olmadığı üçün, sökülən binanın yerində çadır qurub yaşamaq istəyirdim. Elə, təzəcə başlamışdım ki, polislər tökülüşüb gəldilər. Məni tutub gətirdilər polisə. Hazırda polisdəyəm. Bir azdan məhkəməyə aparacaqlar. Sökülən mülkə görə nə konpensasiya verirlər, nə də ki, kirayə ev tutmağım üçün pul. Nə etməliyəm, küçədə qalmayacam ki...”
Nərimanov rayon 18-ci polis bölməsindən Azər Əsgərovun saxlanılmasını nə təsdiq, nə də təkzib etdilər.

Azər Əsgərov isə 4 saat saxlanıb izahat alındıqdan sonra buraxılıb:

“Mənim yerim dəmir lövhələrlə hasarlanıb. Mən də həmin lövhələrdən birini çıxardım girdim içəridə çadır qurmaq istədim. İndi deyirlər ki, hasarı sökmək qadağandır. Buna görə izahat yazmağımı istədilər, mən də vəkilimin gəlməsini tələb etdim. Vəkil Namizəd Səfərov gələndən sonra izahatı yazdım. Yazdım ki, qalmağa yerim yoxdur deyə çadır qurub burada yaşamaq istəyirəm. Axı, bura mənim öz yerimdir. Çadırımı da qaytarmadılar”.

Bu il martın 3-də AXCP qərargahının yerləşdiyi binanın zirzəmisində partlayış baş verib. Bundan sonra rəsmilər binanın artıq yaşayış üçün təhlükəli olduğunu deyərək binanı tam söküblər.

Mənzilin sahibi Azər Əsgərov və AXCP isə binanın zirzəmisində partlayışın qəsdən törədildiyini deyirlər.
XS
SM
MD
LG