Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:54

Sorğularda birinci olan Petro Poroshenko şərqi Ukraynadakı böhranı 3 aya həll edəcəyini bildirir


Ukraynada mayın 25-də prezident seçkilərinə bir gün qalmış prezidentliyə 20-dən çox namizəd son seçki mitinqlərini keçirir.

Sorğularda birinci yerdə gedən 48 yaşlı Petro Poroshenko mitinqdə deyib ki, şərqi Ukraynadakı böhranı 3 ayın içində həll edəcək. O bildirir ki, bunu vaxtında etməsələr, “Transdnestr senarisinin təkrar olunacağı riski böyükdür”.

Poroshenko güclü ordu yaradacağına söz verir. O deyib ki, xaos və müharibəni dayandıra bilən legitim hakimiyyət olmalıdır.

Hazırda ölkə prezidenti vəzifəsini icra edən Oleksandr Turchinov isə televiziya ilə müraciətində hamını səs verməyə və bununla da azad və demokratik Ukraynaya dəstək verdiklərini göstərməyə çağırıb.

O deyib ki, Ukrayna heç vaxt post-Sovet imperiyasının tərkib hissəsi olmayacaq.
XS
SM
MD
LG