Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:45

Qarabağ əlilləri aksiya keçirir


Aksiyadan foto
Aksiyadan foto
-
Bir qrup Qarabağ əlili Bakıda Dövlət Gömrük Komitəsinin qarşısında etiraz aksiyası keçirir. Etirazçıların AzadlıqRadiosuna dediklərinə görə, bütün sənədləri qaydasında olmasına baxmayaraq, Türkiyədən gətirdikləri bir maşın portağal Qırmızı Körpü gömrük keçid məntəqəsindən buraxılmır.

Müharibə əlili Firudin Məmmədov:

“Qarabağ müharibəsi əlilləri onlara verilən müavinətlərlə dolana bilmir. Biz bu baxımdan Gömrük Komitəsi ilə 7 aya yaxın danışıqlar apardıq ki, onlar bizə xaricdən mal gətirməyə icazə versinlər. Dedilər şirkət yaradın. Biz “Döyüşçülər MMC” adlı bir şirkət yaratdıq. Mayın 23-də Türkiyədən bir maşın - 24 ton portağal gətirmişik. Qırmızı Körpü gömrük keçid məntəqəsində saxlayıblar, buraxmırlar. Rüsumları tam ödəmişik, sənədlərimiz hamısı qaydasındadır.

Deyirlər gedin malı “Natural” şirkətinin adına sənədləşdirin. Hələ bununla da məsələ bitmir. Malın hər tonuna əlavə 700 manat da pul istəyirlər. Biz buna etiraz edirik, deyirik lazım olan rüsumu dövlət büdcəsinə ödəmişik. Mayın 23-dən Gömrük Komitəsinin qarşısındayıq, heç kim bizi qəbul edib problemimizlə maraqlanmır. Gah deyirlər komitə sədri yoxdur, gah deyirlər sabah olacaq, qalmışıq belə...”.

"QARABAĞ ƏLİLLƏRİNİN ADINDAN KİMSƏ İSTİFADƏ EDİR"

Firudin Məmmədovun sözlərinə görə, onlara eşitdirirlər ki, guya Qarabağ əlillərinin adından kimsə istifadə edir.

“Axı bizə hər hansı güzəşt edilmir ki, kimsə bundan istifadə etsin. Başqa sahibkarlar necə, biz də heç bir güzəştdən istifadə etmirik. Heç o güzəşti də istəməmişik”.
Səhhəti pisləşən əlil
Səhhəti pisləşən əlil
​Mayın 26-da Gömrük Komitəsinin qarşısında dayanan əlillərdən ikisinin səhhətində problem yaranıb. Onlardan birinə həkimlər elə hadisə yerində yardım ediblər, digəri xəstəxanaya götürülüb.

Qırmızı Körpü keçid məntəqəsindən AzadlıqRadiosuna Qarabağ əlillərinə məxsus yükün buraxılmamasını həmin yükün sənədlərindəki çatışmazlıqla əlaqələndiriblər.

“Onların gətirdiyi yükün bəzi sənədləri çatışmır, bunu onlara demişik”.

Yükün hər tonuna 700 manat pul istənilməsi ilə bağlı deyilənləri isə gömrük əməkdaşları təkzib edirlər.
XS
SM
MD
LG