Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:45

Ukrayna böhranı (2-4 iyun xronikası)

Luqansk və Donetsk vilayətlərinə Rusiyadan daxil olan hərbi yardımın qarşısını almağa can ata Ukrayna hakiiyyətinin bunu necə həyata keçirəcəyi açıqlanmır

- Ukrayna prezidentinin səlahiyyətlərini yerinə yetirən Turchynov vəzifəsinin sonuncu günü ölkə şərqində hərbi vəziyyət elan etmək təklifini səsləndirib.

- Luqanskda 2 günlük döyüşdən sonra Ukrayna sərhədçiləri mövqelərini separatçılara təhvil veriblər

- Avropa səfərində olan Barack Obama Ukraynaya yardım vəd edib, NATO rəhbəri də Ukrayna ordusunun yenidən qurulmasında ölkəyə kömək olunacağını bildirib.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

18:27 3.6.2014

MÜHARİBƏ RƏQƏMLƏRİ

Luqanskda partlayışın təhlükəsizlik kamerasındakı görüntüsü
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Ukraynanın şərqində indiyədək 59 hərbçidən başqa 181 adam həlak olub, 293 nəfər yaralanıb. Bu haqda Ukrayna prokurorluğu məlumat yayıb.

ATƏ rəhbərliyi hazırda Karsnıy Liman şəhərində əməliyyat aparıldığını bildirir. Xəbər verilir ki, Xarkovdan İzyum şəhərinə hərəkət edən hərbi karvana pusqudan hücum olub.

Günün əvvəlində xəbər verilirdi ki, əsas hücum sitiqaməti Slavyasnk şəhəridir. Burada yaraqlılar son günlər xüsusi fəallıq göstərirlər. Bilrilirdi ki, buradakı əməliyyatlara vertolyotlar cəlb olunub. YT-da yayılan bu videoda vertolyotun vurulması cəhdi görünür
17:47 3.6.2014

SEPARATÇILAR LUQANSKDA KÖRPÜNÜ PARTLADIBLAR



Səbəbi bilinmir, adətən müharibə şəraitində düşmən texnikasının qarşısını bu yolla alırlar.
15:15 3.6.2014
İLK HÜCUM ÜNVANI SLAVYANSK?
Rusiyameylli yaraqlıların sərəncamında hər gen yeni silah növləri peyda olur
Rusiyameylli yaraqlıların sərəncamında hər gen yeni silah növləri peyda olur


Iyunun 3-də, Ukrayna təhlükəsizlik qüvvələrinrin elan etdiyi “anti-terror” əməliyyatının (ATƏ) 51-ci günüdür. Hərbçilər deyirlər ki, ATƏ özünün final mərhələsinə qədəm qoyur və zəbt olunmuş bütün şəhərlərin və inzibati binaların yaraqlılardan tamamilə azad olunması ilə başa çatmalıdır. Beləliklə ATƏ-nin rəhbərlərinin lüğətində “fəal” faza “final mərhələsi” ilə əvəz olunub. Hər şüydən göründüyü kimi, Ukrayna güc strukturlarının ilk məqsədi Slavyansk şəhəridir. Şahidlər bu şəhər ətrafında əlavə hərbi tesnikanın cəmləşdiyini deyirlər.

AzadliqRadiosunun Ukrayma və Rusiya xidməti Donbassdakı döyüşləri yaxından izləyir. Hadisələrin gedişi ilə daim yenilənən bloqumuzda xəbər verəcəyik. Azadliqda qalın!

Davamı

XS
SM
MD
LG