Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:59

Polad istehsalı sahəsinə hökumət nəzarət edir


Arxiv foto: Polad zavodu
Arxiv foto: Polad zavodu
-

Ölkə prezidenti İlham Əliyev Azərbaycan Polad İstehsalı Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam verib.

Mayın 10-da imzalanan sərəncama əsasən «Azərbaycan Polad İstehsalı Kompleksi» Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili məqsədi ilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılıb.

Polad istehsalı kompleksinin yaradılması ilə bağlı sərəncam ötən il verilib. Kompleksə «Daskəsən Filizsaflaşdırma» ASC də daxildir. MMC-nin ümumi yığıncaq səlahiyyəti Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi və ƏMDK-yə tapşırılıb.
XS
SM
MD
LG