Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:01

Britaniya, Fransa və Almaniya Rusiyaya qarşı sanksiyalara razılaşırlar

Ukrayna səmasında Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsi yerə düşərək partlayıb. 295 nəfər həlak olub.
Təyyarə yerə düşən zaman Ukrayna Rusiyanı öz ərazisindən atılan raketlərlə Ukrayna təyyarələrini vurmaqda ittiham edirdi.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

11:57 20.7.2014

Ukrayna hərbçiləri Luqanskın bir hissəsinə nəzarət edir

Ukraynanın müdafiə naziri prezident Petro Poroshenko-ya deyib ki, hökumət qüvvələri Luqanskın cənub-şərq hissəsinə nəzarəti ələ keçirib. Bu barədə prezidentin veb-saytında məlumat yerləşdirilib.

Hökumət qüvvələrinin Luqansk aeroportunu mühasirəyə aldığı da bildirilir. Məlumatlara görə, separatçıların nəzarətində olan Luqansk uğrunda ağır döyüşlər gedir. Yerli rəsmilər son iki gündə atışmada azı 20 nəfərin öldüyünü bildirir.

Mərmi atəşi üçün kimin məsuliyyət daşıması barədə fərqli xəbərlər gəlir. Şəhərin böyük hissəsində elektrik və su yoxdur. Böyük neft emalı zavodu yanır.

10:58 20.7.2014

«QARA QUTU» SEPARATÇILARDADIR

Qəzaya uğramış Malayziya təyyarəsinin «qara qutu»su, bəzi məlumatlara görə, Donetsk vilayətində, Qorlovkadadır. Bu ərazi «Bes» ləqəbi ilə tanınan İqor Bezlerin rəhbərlik etdiyi separatçıların nəzarəti altındadır. «Ukrainskaya pravada»nın yazır ki, məlumatı Luqanskdan olan ictimai fəal Dmitriy Sneqirev verib.

Onun sözlərinə görə, «qara qutular» Sukhodolsk ərazisindən İzvarinoya aparılacaq, orada FSB əməkdaşlarına təhvil veriləcək. Məqsəd diqqəti yayındırmaqdır.

«Boing-777»nin düşdüyü ərazidə 192 nəfərin meyiti tapılıb.

Ukraynanın güc strukturları təyyarənin Rusiyanın «Buk» zenit qurğusundan buraxılan raketlə vurulduğunu bildirir.

16:05 19.7.2014

Malayziya Ukraynada təyyarə qəzasının araşdırılmasına 130 mütəxəssisini cəlb edib

Qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı araşdırma aparmaq üçün Ukraynaya 130 malayziyalı mütəxəssis gəlib.

Bu barədə mətbuata Malayziya nümayəndə heyətinin rəhbəri Hilmi Mokhtar məlumat verib.

Nümayəndə heyətinin tərkibində Malayziyanın nəqliyyat naziri Liow Tiong Lai da var.

Nəqliyyat naziri təyyarənin qəzaya uğradığı ərazidə Malayziya mütəxəssislərinin təhlükəsiz işləməsi üçün şərait yaradılacağına əmin olduğunu bildirib.

Amsterdam-Kuala-Lumpur marşrutu ilə hərəkət edən, «Malayziya Hava Yolları»na məxsus «Boing-777» iyulun 17-də Ukraynanın şərqində, rusiyameylli separatçıların nəzarətində olan ərazidə qəzaya uğrayıb.

Təyyarədə olan 298 adamın hamısı həlak olub.

Davamı

XS
SM
MD
LG