Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:53

Laura Baghdasaryan Baş Prokurorluq və MTN-in bəyanatına münasibət bildirib


Laura Baghdasaryan
Laura Baghdasaryan

-

«Region» Tədqiqat Mərkəzinin direktoru Laura Baghdasaryan Azərbaycan MTN və Baş Prokurorluğunun jurnalist Rauf Mirqədirovla bağlı bəyanatına münasibət bildirib.

Turan-ın məlumatına görə, Laura Baghdasaryan internetdə yaydığı bəyanatında casusluq fəaliyyəti ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının ittihamlarını təkzib edir:

«Bizim mərkəz bir sıra MDB və Avropa İttifaqı ölkələri, o cümlədən Türkiyədən olan jurnalistlər, ekspertlərlə müxtəlif layihələrlə bağlı tədbirlər keçirib. Baş Prokurorluğun bəyanatında deyilir ki, «mərkəz Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərir, siyasi baxışları onları cəlb edən Azərbaycan vətəndaşlarını üçüncü ölkələrin ərazisində təşkil olunan konfranslara dəvət edərək əlaqələr yaratmağa çalışır». Bəli, biz təkcə Azərbaycandan yox, digər ölkələrdən də öz baxışlarını sivil qaydada açıqlayan və peşəkar rəy verə bilən mütəxəssislər cəlb edirik. MTN və Baş Prokurorluq üçün bu keyfiyyətlər cinayət təqibləri üçün əsasdırsa, o zaman başqa ünvana müraciət edin».

Laura Baghdasaryan hesab edir ki, Azərbaycan xüsusi-xidmət orqanları səsləndirdikləri ittihamları sübut etməlidir:

«Bəyanatda deyilir ki, 2009-cu ildə Tbilisidəki kafelərin birində bizim Rauf Mirqədirovla görüşümüz olub. Birinci, xüsusi-xidmət orqanları R. Mirqədirovun bizim layihələrdə iştirakının cinayət olmasını sübut etməlidir. İkinci, onun mənə Azərbaycanın hər hansı hərbi və ya digər mühüm sahələri ilə əlaqədar olan sxem, videonun ötürdüyünü sübut etməlidirlər. Əgər biz casusla iş görürüksə niyə mən R. Mirqədirova Tbilisi restoranlarının birində pul verirəm ki, bunu da hansısa «Samvel» görür? Axı, pulları Leyla Yunusun vasitəsi ilə Bakıya göndərmək olardı».

XS
SM
MD
LG