Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:04

ABŞ kəşfiyyat rəsmisi deyir ki, «günahkar qurbanını günahlandırır»


Malayziya təyyarəsinin qəzası animasiyada
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Malayziya təyyarəsinin qəzası animasiyada (Reuters)

-

"Washington Post" qəzeti yazır ki, ABŞ-ın Milli Kəşfiyyat Direktorunun Ofisinin yaydığı şəkillərdə yer-hava növlü raketi buraxan qurğunun yerdəyişmələri və Rusiyanın Ukraynadakı hərbi fəallığı əks olunub.

ABŞ kəşfiyyatının kosmosdan çəkdiyi şəkillər Rusiyanın Rostov şəhəri yaxlınlığındakı hərbi bazasına aiddir və burda iyun ayından bəri artan fəallığı göstərir.

Qəzet yazır ki, iyulun 22-də ABŞ kəşfiyyat rəsmiləri kosmosdan çəkilmiş bu şəkilləri nümayiş etdirəndə bildirdilər ki, bunlar Malayziya təyyarəsinin vurulmasında Rusiyanın əli olmasını göstərən dəlillərdir və Moskva təyyarəni vuran yaraqlılara təlim keçib.

Dəlilər və sübutlar haqda kəşfiyyat rəsmiləri bildirirlər ki, sensorlar raketin izlərini müəyyən ediblər, vurulmuş təyyarənin üzərində qəlpə izləri var.

"Washington Post" qəzetində yayılmış fotolar.

Kəşfiyyat rəsmiləri ilk dəfə olaraq Rostov yaxınlığındakı hərbi bazanı yaraqlıların əsas təchizat mənbəyi kimi qeyd ediblər.

Kəşfiyayat rəsmilərinin Rusiyanın təyyarənin vurulmasında əli olması barədə gətirdiyi digər dəlillər sosial mediada gedən videolar, audiolar və yazışmalardır.

ABŞ kəşfiyyatının yüksək rütbəli nümayəndələri təyyarəni Ukrayna qüvvələrinin vurması ehtimalını rədd ediblər.

Onların sözlərinə görə, təyyarə qəzaya uğrayanda həmin rayonda, raketin vura biləcəyi məsafədə Ukraynaın raket sistemləri olmayıb.

Vaşinqtonda jurnalistlər qarşısında çıxış edən 3 kəşfiyyat rəsmisindən biri, adının çəkilməməsi şərtilə deyib ki, Rusiya hökuməti öz versiyasını mediada yaymaq üçün təzyiq edir və ya özünə yaxın elementlərlə manipulyasiya edir.

O rəsmi deyib ki, «bu, klasik nümunədir- günahkar qurbanını günahlandırır».

XS
SM
MD
LG