Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:47

Rauf Mirqədirovun vəkillərinin tələbi


Rauq Mirqədirov
Rauq Mirqədirov

Rauf Mirqədirovun vəkilləri jurnalistin həbsinin 4 ay uzadılması qərarından verilən apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının baxışından çıxarılıb, Nəsimi məhkəməsinə qaytarılmasını tələb edirlər.

Vəkil Elmar Süleymanovun AzadlıqRadiosuna bildirib ki, onlar jurnalistin həbsinin 4 ay uzadılması ilə bağlı 15 iyul prosesindəki pozuntularla bağlı qeydlərini iyulun 19-da Nəsimi məhkəməsinə göndəriblər. Lakin məhkəmə qeydlərlə bağlı qərar qəbul etmədən, işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib:

«Belə ki, Cinayət Prosessual Məcəllənin 51.7-ci maddəsinə əsasən, Məhkəmə iclasının protokoluna dair yazılı qeydlərini verdiyi halda, məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir».

Vəkil hesab edir ki, bu hallar olmadığı üçün onlar istəyirlər ki, Nəsimi məhkəməsi həbsin 4 ay müddətinə uzadılmasına dair iclas protokolu ilə bağlı təqdim olunan qeydlərə baxıb, qərar qəbul etsin. Elmar Süleymanov hesab edir ki, yalnız bundan sonra müdafiə tərəfinin apellyasiya şikayəti ilə birlikdə iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilə bilər.

2010-cu ilin avqustundan Türkiyədə yaşayan «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən deportasiya olunub və elə həm gün də Bakı hava limanında həbs edilib. O, «dövlətə xəyanət»də ittiham olunur. Jurnalist ittihamları rədd edir. Apreldən Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalistin həbs müddəti iyulun 15-də daha 4 ay müddətinə uzadılıb.

XS
SM
MD
LG