Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:55

Saakashvili: «Avropa gözləməlidir ki, birinci Rusiya Avropanı bombalasın?»


-

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili Politico jurnalında «Avropa Rusiya ilə nə etməlidir?» başlıqlı məqaləsində yazır ki, bir neçə həftə əvvəl Almaniyanın Marshal Fondunun təşkil etdiyi tədbirdə o, Avropanın Ukrayna hadisələrinə reaksiyasını tənqid edəndə İtaliyanın xarici işlər naziri ona yaxınlaşıb və kinayə ilə soruşub ki, «Siz nə təklif edirsiniz? Avropa Rusiyanı bombalasınmı?». Saakaşvili cavab verib ki,

«Bəs Avropa gözləməlidirmi ki, birinci Rusiya Avropanı bombalasın?».

Saakashvili yazır ki, heç kim Avropanın Rusiyaya hərbi cavabını gözləmir. Ancaq Avropa Rusiyaya qarşı sanskiya məsələsində yenə razılığa gələ bilmədi.

Saakashvilinin fikrincə, Avropa ölkələri diplomatik manevrlər edirlər ki, bəlkə münaqişə yavaş-yavaş səngidi, «dişləyən sanksiyalara» ehtiyac qalmadı.

Bu, Rusiyanın ustallaşdığı köhnə oyundur. Putin sülhə çağır-çağıra yaraqlıları silahlandırmaqda davam edir.

Saakashvili etimad doğuran müşahidəçilərin fikrini əsas gətirir ki, Rusiya kəşfiyyat əməliyyatları, silah təchizatı ilə Ukrayna ordusunun tükənməyini, Ukrayna iqtisadiyyatının çökməyini gözləyir. Onda xalq Ukrayna hakimiyyəti əleyhinıə qalxacaq.

Saakashvili hesab edir ki, Avropanın cavabı Rusiyanın hərəkətlərinə adekvat deyil. Burda söhbət bombalamaq ya bombalamamaqdan getmir.

Saakashvili təklif edir ki, ABŞ və Avropa Ukraynaya birbaşa hərbi yardım etsin. Amerika və Avropa öz şirkətlərinə Rusiyanın enerji sektoruna investisiyaları qadağan etsin. Rusiyanın Drujba kəmərindən neft almağı dayandırsın. Rusiya ilə hərbi əməkdaşlığı qadağan etsin. ABŞ və Avropanın Mərkəzi Bankları Rusiyanın vəsaitlərini hesablarını dondursunlar.

Saakashvili hesab edir ki, bu addımların hətta bir qismi Putinin hakimiyyətini dağıdacaq.

XS
SM
MD
LG