Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:36

Separatçı liderinin «Buk» etirafı qalmaqal doğurur [Video]


Separatçıların komandiri «BUK» komplekslərinin olduğunu etiraf edir
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Separatçıların komandiri «BUK» komplekslərinin olduğunu etiraf edir

-

Donetsk vilayətində Ukrayna ordusuna qarşı döyüşən “Vostok” batalyonunun komandiri Aleksander Khodakovsky-nin “Reuters” agentliyinə müsahibəsi geniş rezonans doğurub. Qərb agentlikləri onun dediklərini “separatçıların Buk etirafı” kimi təqdim ediblər. Öz silahdaşlarının qınaqları ilə üzləşən Khodakovsky elə həmin gün “LifeNews” telekanalında Reutersin xəbərinin dəqiq olmadığını bildirib. Bəs Khodakovsky əslində Reutersə nə deyib? Reuters agentliyi Khodakovskynin müxbir Anton Zverev-ə dediklərini açıqlayıb. AzadliqRadiosu onun sözlərinin tam mətninin tərcüməsini təqdim edir.

A.Khodakovsky: Mın bilirdim ki, Luqanskdan “Buk” gəlir. Həmin anda mənə demişdilər ki, “Buk” LNR (separatçıların elan etdikləri Luqansk xalq respublikası – red.) bayrağı altında Luqansk tərəfdən Snejnoye istiqamətində gedir, amma heç kim bilmir hara gedir. Belə bir “Buk”un olduğunu bilirdim, eşitmişdim.

A.Zverev: Bəs gedib çatdımı həmin yerə?

A.Khodakovsky: Mən düşünürəm ki, onu geri qaytardılar. Çünki bunu mənə deyən vaxt həm də xəbər gəldi ki, faciə baş verib. Çox güman ki, geri qaytardılar ki, onun burada olduğunun izini itirsinlər. Lakin məsələ tamam başqa müsətvidə qoyulmalı idi: əvvəlcədən Ukraynanın əlində sübut var idi ki, Rusiyanın günahı üzündən üsyançıların sərəncamında həmin texnikadan var. Lakin Ukrayna nəinki təhlükəsizlik tədbirləri gördü, əksinə, onları (separatçıları – red.) belə silahların mülki təyyarəyə qarşı istifadəsinə təhrik etdi.

Məsələ burasındadır ki, orada hərbi əməliyyatlar gedir, ərzisiyə bizimkilər nəzarət edir. Bizimkilər deyəndə, biz tərəfdən döyüşsələr də, bizimlə münasibətləri heç də yaxşı olmayan üsyançı dəstələri nəzərdə tutram. Həmin tərəfdaşların hansı resursları var, bu haqda bzidə dəqiq məlumat yoxdur. Bilmirik, nələri var, nələri yoxdur? Əgər sübut olunur ki, onların belə (“Buk”) silahı var, başqa suala ehtiyac yaranmır. Mən (bu msələdə - red.), əvvəla, mən – terrorçu, separatçı, üsyançyı – adını nə qoyursan qoy – maraqlı tərəfəm, başqa sözlə bu işdə xüsusi marağı olan düşərgəni təmisl edirəm. Hətta başqa çürə fikirləşib, başqa şey görüb və bütün bunlara münasibətim başqa olsa belə, yenə də elə danışmalıyam ki, təmsil etdiyim tərəfi təmizə çıxarım. Bütün bunlardan müəyyən mənəvi sıxıntı keçirirəm. Bilridlər ki, “Buk” var, bilirdilər ki, “Buk” Snejnoyeyə gedir, bilirdlər ki, orada həmin silhadn istifadə olunacaq. Yenə də qarşı tərəfi həmin silahın işlədilməsinə məcbur etdilər, məsələn onlara (Ukraynalılara – red.) qətiyyən lazım olmayan Saur-Moqila təpəsinə hava hücumlarına başladılar. Ona qədər 1 həftə bura heç bir hücum yox idi. Həmin gün isə, məhz mülki təyyarənin oradan ucduğu vaxt havadan güclü həmlələrə başladılar. Başqa sözlə, hətta “Buk” vardısa belə, hətta “Buk”dan istifadə olunmuşsa belə - Ukrayna əlindən gələni etdi ki, mülki təyyarə vurulsun.

PENTAQONUN REAKSİYASI

Xatırladırıq ki, iyulun 17-də Malaysia Airlines şirkətinə məxsus Boneg 777 sərnişin təyyarəsi Donetsk vilayətinin Qrabovo kəndi yaxınlığında yerə düşəndən, onun gövdəsindəki 298 nəfərin hamısı həlak olandan sonra Ukrayna və Rusiya bir-birini təyyarəni vurmaqda ittiham edir. Qərb dövlətləri də Rusiyanın bu faciədəki dolayı iştirakı haqda bəyanatlar verərək, faciənin səbəblərinin araşdırılmasına çağırıblar.

Khodakovskynin bəyanatını şərh edən Pentaqonun təmsilçisi Eileen Lainez deyib ki, “O, ABŞ rəsmilərinin indiyədək Rusiyameylli yaraqlıların Rusiyadan silah, təlim və digər yardım almaları haqda dediklərini təsdiq edib”. Onun sözlərinə görə, separatçıların günahı Kiyevin boynuna yıxmaq cəhdləri, “suyu bulandırmaq, diqqəti əsl faktlardan yayındırmaq” məqsədi daşıyır.

ABŞ hesab edir ki, Malayziya təyyarəsini separatçılar səhvən Rusiyanın onlara verdiyi “Buk” qurğusu ilə vurublar.

KHODAKOVSKY KİMDİR?

Andrey Khodakovsky Ukrayna Xüsusi xidməti Donetsk idarəsinin “Alfa” qrupunun komandiri olub. Bu qrup Maydan hadisləri zamanı etirazçılarla qarşıdurmada iştirak edib. Donetskdə separatçı hərəkat başlayanda o “Vostok” batalyonu təşkil edərək Ukrayna təhlükəsizlik qüvvələri ilə hərbi toqquşmalarda iştirak etməyə başladı. “Vostok” batalyonu indiyə qədər 2 uğursuz əməliyyatda iştirak edib. Mayın 26-da Donetsk aeroportu uğrunda döyüşlərdə böyük itkilərə məruz qalan “Vostok”, iyun ayında “Marinovka” sərhəd məntəqəsindəki döyüşlərdə də 20-yə qədər əsgərini itirdi. Bir müddət separatçıların elan etdiyi “Donetsk xalq respublikasının” təhlküəsizlik naziri elan edilən Khodakovsky hərbi uğursuzlqrlardan sonra vəzifəsindən sitefa verdiyini eıan etmişdi. Onun digər separatçı yaraqlı birləşmələrin rəhbələri, xüsusilə separatçıların müdafiə naziri İgor Strelkov (Girkin) və Qorlovka qruplaşmasının lideri Igor Bessler (Bes) ilə münaqişədə olması haqda xəbərlər yayılıb.

UKRAYNA XƏBƏRLƏRİNİ BURADA İZLƏ

XS
SM
MD
LG