Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:00

«Dünyada ən çox sıxışdırılan xristianlardır»- Mətbuat icmalı


-

Qərb mediası hesab edir ki, Putinin seçimi çox az qalıb. Dünyanın 139 ölkəsində xristianları təqib edirlər. Gürcüstanda baş verən siyasi intiqam biabırçılıqdır.

Dünya mediası bu gün nədən yazır?

Foreign Policy məcmuəsi yazır ki, Putin şahmat dili ilə deyilsə, hələ mat olmayıb, ancaq Malayziya təyyarəsinin vurulması ona çox az seçim qoyub.

Financial Times qəzeti yazır ki, rəy sorğularına görə, ABŞ-ın son 25 ildə ən populyar prezidenti Bill Clintondur.

İndi Obamanı bəzən Clintonla müqayisə edirlər, ancaq müqayisə şəxsiyyətlərdə deyil, dövrlərdədir.

İndi Hillary Clinton prezident olmaq istəyir, o,Bill Clintonun populyarlığından, onun prezidentliyi dövründəki firavanlıq xatirələrindən yararlanır, ancaq Hillary Clintonun prezidentliyi həmin dövrü gətirməyəcək. “Dünən keçdi”.

İndependent qəzeti yazır ki, dünyada ən çox təqib olunan dini qrup xristianlardır. Qəzet yazır ki, Sudanda, paytaxt Xartumda həbsxanada yatan qadın hamilə idi. İttihama görə, onun cinayəti xristiana ərə gedib, öz dinindən dönməsi idi. Ancaq o nədər sübut etməyə çalışsa da ki, o, heç vaxt müsəlman olmayıb, buna əhəmiyyət verən yox idi. Meriam İbrahim 8 ay beləcə həbsxanada yatandan sonra nəhayət ki, azadlığa buraxıldı, o, Romaya gəlib, Roma Papası ilə də görüşdü.

İraqın Mosul şəhərini islamçı yaraqlılar tutanda onlar şəhərin məscidlərindən səs gücləndiricilərlə elan etdilər ki, müsəlman olmayanlar islamı qəbul etsinlər, dini vergi versinlər, ya da ölümə məhkum olunacaqlar. Bundan sonra 3 min xristian Mosuldan qaçdı.

ABŞ-da Qlobal Xristianlıq Araşdırmaları mərkəzinin məlumatına görə, dünyada hər il öz dininə görə 100 min xristian ölür. Pew Araşdırmalar Mərkəzinin məlumatına görə isə dünyanın 139 ölkəsində xristianlar sıxışdırmalara məruz qalır.

Foreign Policy məcmuəsi yazır ki, Avropa axır ki, Rusiyaya qarşı daha geniş sanskiyalara razılaşdı.

Ancaq bu sanksiyaların necə olacağı bəlli deyil. Foreign Policy ehtimal edir ki, Avropa hər bir sənaye üzrə müəyyən məhdudlaşdırma qoyacaq, ancaq silah satışına embarqo kimi tam qadağan olmaycaq.

Avropada riskləri öyrənən Eurasia Group-un təhlilçisi Mujtaba Rahman hesab edir ki, Rusiya da ABŞ şirkətlərinə qarşı qeyri-formal sanksiyalarla cavab verəcək. O izah edir ki, Rusiyada müxtəlif təhlükəsizlik və s. Yoxlamaları ilə ABŞ şirkətlərinin gününü qara edəcəklər.

Wall Street Journal qəzeti Putinin Ukraynada etdiyini şou adlandırır. Qəzet yazır ki, Rusiyanın televiziya kanalları hər gün Ukrayna barədə insanlara nağıllar danışır.

Kremlin təbliğatı Rusiyanın varlılarını və qüdrətli olanlarını özlərini kiminsə qarşısında təmizə çıxartmaq zəruriyyətindən azad edib.

Qəzet yazır ki, Putin rejiminin qarşıdurmaya getməsi ölkənin inkişafı hesabına başa gələcək. SSRİ təcrübəsi göstərir ki, bu yol ölümə aparır.

Wall Street Journal qəzeti yazır ki, Gürcüstanda baş verən siyasi intiqam biabırçılıqdır. 2003-cü ildə keçmiş sovet məkanında Baltik ölkələrindən sonra həqiqi demokratik olan Gürcüstan idi, indi burdakı siyasi intiqam bu demokratik uğura kölgə salır. Saakashvilinin partiyası demokratik seçki keçirib, uduzdu, indi hakimiyyətə gələnlər özlərindən əvvəl hakimiyyətdə olanlara, o cümlədən Saakashviliyə cinayət işləri açır.

Qəzet yazır ki, Saakashvili Ukrayna hökumətinə demokratiya məsləhəti verir, ancaq onun yaxın tərəfdaşları Gürcüstanda siyasi intiqama məruz qalır. Qəzet vurğulayır ki, ABŞ-ın Gürcüstana nüfuzu var, o, bu nüfuzundan istifadə etməlidir.

XS
SM
MD
LG