Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:47

Hüquq müdafiəçisinin ölkədən çıxmasına qadağa qoyulub


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

Hüquq müdafiəçisi Rəsul Cəfərov AzadlıqRadiosuna bildirib ki, onun şəxsi bank hesabına həbs qoyulub, özünə isə ölkədən çıxmaq yasaqlanıb:

«Kiyevdə otelin pulunu ödəmək istərkən, sırf təsadüf nəticəsində bilmişəm ki, «Bank Respublika» şəxsi hesabımı dondurub. Dollar hesabımda cəmi 60 dollar olub. İyulun 7-də «Bank Respublika» ilə telefon danışığını yazmışam. Bankdan mənə deyilib ki, hesabdan pulun çıxarılmasında problem texniki nasazlıqdan qaynaqlanıb, üzr istəyirik. Kiyevdən gələndən sonra iyulun 14-də banka müraciət etmişəm. Mənə deyilib ki, iyulun 7-də Səbail rayon məhkəməsi qərarı ilə hesab dondurulub. Bankdan qərarı istədim, amma göstərmədilər. Burda sifarişin olduğu üzə çıxır. Bu barədə heç yerə məlumat verməmişəm, ilk dəfədir AzadlıqRadiosuna deyirəm».

Rəsul Cəfərov sözlərinə görə, ölkədən çıxmasına qadağa qoyulmasından iyulun 29-da – Gürcüstana getmək istərkən xəbər tutub:

«İyulun 29-da Gürcüstana tədbirə gedirdim, məni sərhəddən geri qaytardılar. Dedilər ki, ölkədən çıxmağımla bağlı Baş Prokurorluq iyulun 25-də qərar çıxarıb. Bu, əslində, qətimkan tədbiridir. Mən indiyədək heç yerə hətta şahid qismində də dəvət olunmamışam. Bu, təkcə mənə deyil, QHT-lərə də qarşı hücumdur. AŞPA-nın tədbirində hamı gördü ki, İlham Əliyevə hansı suallar verildi və necə flaşmob keçirildi. Bunu ona görə edirlər ki, heç bir QHT fəalı xaricə çıxa bilməsin».

XS
SM
MD
LG