Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:44

«Cəbhədəki döyüşlərin gerçək səbəbləri»


Arxiv foto
Arxiv foto

-

«Bizim yol» «cəbhədəki döyüşlərin gerçək səbəbləri»ndən yazır. Qəzet Azərbaycan-Ermənistan sərhəddi və ordularının təmas xətti boyunca baş verənləri Rusiya-Qərb qarşıdrumasının əlamətləri hesab edir.

Müəllif Rusiya-Qərb qarşıdruması sərhədlərindən birinin Ukraynadan, digərinin Cənubi Qafqazdan keçdiyini yazır və vurğulayır ki, 20 illik atəşkəs rejiminin intensiv pozulması Cənubi Qafqazda rəqabət aparan geosiyası güclərin arasındakı «atəşkəsin» pozulduğu dövrə təsadüf edir. Qəzet yazır ki, Qərb Ukraynaya görə, Rusiyanı sıxır, Moskva da öz növbəsində qərbə cavab vermək yollarını arayır.

«Rusiya Avropanın enerji bazarında 40 faizlik payla təmsil olunur, eyni zamanda Qərbin başqa mənbələr hesabına təmin olunan enerji təhlükəsizliyinə ciddi zərbələr vurmaq iqtidarındadır. Azərbaycanın Qərb sərhədlərində-Bakı-Tiflis-Ceyhan neft kəmərinin keçdiyi ərazidə şiddətli döyüşlərin bərpa olunması buna işarə sayıla bilər. Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti həm də Rusiya və Qərbin üz-üzə durduğu sərhəd xəttidir. Bu xətt MDB-ölkələri ilə Rusiyanın sərhədləri boyunca uzanır. Ukraynadakı döyüşlər əslində ziddiyətlərin kluminasiya nöqtəsi olan silahlı təxribatlar mərhələsini keçərək müharibəyə çevrilib. Azərbaycan-Ermənistan təmas xəttində baş verənlər göstərir ki, bu bölgədə qarşıdurma hələ ki, silahlı təxribatlar mərhələsindədir. Amma Qərb-Rusiya qarşıdurması qızışdıqca akitiv mərhələyə keçə bilər»

Qəzetə görə, Rusiya Qərbin müttəfiqi olar Gürcüstanı tamamilə ram etmək, Azərbaycanı iqtisadi-siyasi blokadaya salmaq və neft-qaz ixracını nəzarət altına almaq iddiasında olması mümkün görünür.

«Cəbhə xəttində gərginliyin artmasının geosiyasi səbəbləri əslində bununla bağlıdır. Beynəlxalq güclər arasında konflikt daha da şiddətlənsə, Cənubi Qafqazda silahlı təxribatların qanlı müharibəyə çevrilməsi, bölgənin iri dövlətlərinin prosesə qoşulması qaçılmaz görünür».

XS
SM
MD
LG