Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:13

İnsan alverində ittiham olunan 5 il azadlıqdan məhrum edilib


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin 144.1.1-ci maddəsi ilə (insan alveri) ittiham olunan daha bir nəfərin məhkəmə prosesi sona çatıb. Müttəhim Rəfiqə Babayeva məhkəmənin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. İstintaq materiallarına görə, o tanışı olan A.Mehdievanı aldatma yoluyla Türkiyəyə aparıb. Burda onu özünün şəxsi tamah məqsədi ilə qeyri-əxlaqi işlərə məcbur edib. Martın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində hər iki qadın saxlanıb və aprelin 2-də bu ölkədən deportasiya olunublar. Müttəhim ittiham üzrə özünü qismən təqsirli sayıb.


Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilən məlumata görə, son iki ildə insan alveri ilə bağlı 275 cinayət müəyyən edilib, 269 nəfər isə məsuliyyətə cəlb olunub. İdarənin məlumatına görə, insan alverinin qurbanları daha çox Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır.
XS
SM
MD
LG