Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:25

Azərbaycanlı fəalın taleyi naməlumdur


Azərbaycanlı fəal Mehdi Babai
Azərbaycanlı fəal Mehdi Babai

Verilən məlumata görə, iyul ayının 1-də İran İslam Respublikası təhlükəsizlik idarəsinin 4 minik maşını gecə saat 10:30-da Mehdi Babainin yaşadığı binanı mühasirəyə alıb. Evə dönərkən maşınları uzaqdan görən fəal yolunu dəyişərək məntəqəni tərk edib. Evi reyd edən silahlı qüvvələr kompyuter, ailə foto-albomu, habelə türk və Azərbaycan dilində olan bütün kitab, qəzet və elanları müsadirə edib, Mehdi Babaini evdə tapa bilmədiklərinə görə gecə yarısına qədər mənzili tərk etməyiblər. Bütün gecəni ailə üzvlərinə telefonla hədə-qorxu gələn təhlükəsizlik idarəsi, fəalın harada olduğunu bildirmədikləri təqdirdə Mehdi Babainin anası və həyat yoldaşını xarici kəşfiyatla əməkdaşlıq ittihamı ilə nəzarət altına alacaqlarını söyləyiblər.


Nəhayət 10 gün sonra, iyulun 20-də Mehdi Babai yaxalanıb. O, 10 gün təhlükəsizlik idarəsində nəzarət altında saxlandıqdan sonra Təbriz həbsxanasına aparılıb.


Məhbus nəzarət altında olarkən iki dəfə telefonda həyat yoldaşı ilə danışa bilib. Lakin hazırda onun ailə üzvləriylə telefon söhbətinə belə imkan verilmir və onun artıq Təbriz həbsxanasında olub olmadığı da aydın deyil.


XS
SM
MD
LG