Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

Əlihüseyn Şalıyevin ailəsi prezidentlə görüşmək istəyir


İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı Departamentinin keçmiş rəhbəri Əlihüseyn Şalıyevin ailəsi onun intihar etdiyinə inanmır. Buna görə də prezident İlham Əliyevə müraciət edərək onları qəbul etməsini istəyirlər. «Mən prezidentdən xahiş edirəm, hər şey düzgün və bizim iştirakımızla araşdırılsın. Bizim qardaşımıza qəsd olunub. Günahkar cəzasını almalıdır».


Əlihüseyn Şalıyevin həm fiziki, həm psixoloji baxımdan sağlam olduğun deyən Kamil Şalıyev qardaşının yalnız təzyiqlər nəticəsində intihara əl ata biləcəyini deyir: «İntihar etsəydi, on ay ərzində təzyiqlərə dözməzdi…»


Respublika Prokurorluğunun məlumatında isə Əlihüseyn Şalıyevin avqustun 24-də saxlandığı müalicə müəssisəsində intihar etdiyi bildirilirdi. Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev deyir ki, hadisə yerinə baxış zamanı Əlihüseyn Şalıyevin başqası tərəfindən öldürülməsi ilə bağlı heç bir dəlilə rast gəlinməyib. Amma istintaq gedir, onun yaxınlarının şikayətləri varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.


Əlihüseyn Şalıyev Cinayət Məcəlləsinin mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələriylə ittiham olunurdu. O, 2005-ci ilin oktyabrında sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin həbsindən sonra məsuliyyətə cəlb edilmişdi.


XS
SM
MD
LG